ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb: 2 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatında kiçik təyyarə qəzaya uğrayıb. Təyyarədə olan iki nəfər həlak olub.
Sherg.az xarici  mediaya istinadən xəbər verir ki, Truckee Polis İdarəsinin sosial media hesabından yayılan açıqlamada kiçik təyyarə qəzasının təfərrüatları yer alıb.

Açıqlamada, "Socata TBM" tipli tək mühərrikli təyyarənin Truckee Tahoe hava limanına enmək istəyərkən Kaliforniyanın Truckee qəsəbəsi yaxınlığında qəzaya uğradığı qeyd edilib.

Açıqlamada qəza nəticəsində 2 nəfərin öldüyü, Milli Nəqliyyat Təhlükəsizliyi Şurası ilə Federal Aviasiya Administrasiyasının qəza ilə bağlı birgə araşdırma aparacağı bildirilib.