İsrail ABŞ-la məsləhətləşdikdən sonra İrana cavab zərbəsindən imtina edib

İsrailin baş naziri Benyamin Netanyahu İrana cavab zərbəsindən imtina edib.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.

Məlumata əsasən, Netanyahu bunu ABŞ prezidenti Co Baydenlə telefonla danışığından sonra edib.

İki yüksək vəzifəli İsrail rəsmisi nəşrə bildirib ki, hərbi-siyasi kabinet üzvləri cavab zərbəsi endirməyə çağırıb, lakin B.Netanyahu C.Baydenlə telefonla danışdıqdan sonra bu ideyadan imtina edib.