Zurabişvili Tiflisdəki aksiyadan yazdı: Həbslər var

Tiflisdə vətəndaş cəmiyyətinin “Rusiya qanunlarına” qarşı kütləvi dinc nümayişi baş tutdu. Su şırnaqları və qaz tapançaları olan xüsusi təyinatlılar Avropanın gələcəyini müdafiə edən mülki şəxslərə qarşı hərəkətə keçməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili X hesabında yazıb.

O qeyd edib ki, həbslər var, buna baxmayaraq Gürcüstan sovetləşmə ilə heç cür barışmayacaq.

Qeyd edək ki, Tiflisdə etiraz aksiyası keçirilir. Aksiyaçılar parlament binasını mühasirəyə almağa cəhd göstəriblər.