ABŞ Qəzzaya 1 milyard dollar yardım ayırır

ABŞ Qəzza zolağına 1 milyard dollar humanitar yardım ayırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

O vurğulayıb ki, İsrail humanitar yardımın sürətlə çatdırılmasını təmin etməyə borcludur.

Qeyd edək ki, Co Bayden Ukraynaya və Amerikanın digər müttəfiqlərinə yeni yardım haqqında qanun imzalayıb.