32 kişiylə bir adada: 6 il sonra qaça bildi

II Cahan savaşının ən qəmli hekayələrindən biri Yapon dənizində yaşanıb. Bu dəniz bir qadının 6 il adada 32 kişinin əhatəsində qalmasına şahidlik edib. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən Kazuko Higanın kədərli taleyinə işıq salır. Onun ömrünün bir hissəsi 32 kişiylə bir adada keçib. Bu qəmli hekayə yapon hərbi gəmisinin ABŞ raketləri ilə vurulmasıyla başlayır. Okeanda vurulan gəminin heyəti həyatlarını qurtarmaq üçün bir adaya çıxırlar. Və orada Higa artıq 32 kişi ilə bir adada baş-başa qalmışdı. 


O zaman Kazuko Higa 28 yaşında olub. Japon gəmisi amerikan raketi ilə vurulan ana qədər həyat yoldaşı ilə Anatahan adasında yaşayırdı. Anatahan Sakit Okeanda Quzey Mariana Adalarında bir adadır. Bu ada vulkanları ilə məşhurdur. Aktiv vulkanik ada olduğundan sakinlər oranı tez-tez tərk edirdi. Bu ada insanların qəmli talelərinin yaşandığı adadır həm də müharibənin sonlarına doğru Shoichi Higa adında bir adam və həyat yoldaşı Kazuko Anatahan adasında yaşayıblar. Onlara məxsus təsərrüfatda çalışanlar adanı tərk edib və cütlük adada yalnız qalıb. Ancaq Kazuko Higa həyat yoldasının Saipanda yaşayan bacısından nigaran qaldığını görüncə, ona basıcının yanına getməyi tövsiyə edir. Həyat yoldaşı bacısını görmək üçün adanı tərk edir, lakin geri qayıda bilmir. Kazuko Higa isə adada təkbaşına qalır. Yapon gəmisi ABŞ tərəfindən vurulduqda   gəminin heyəti adaya çıxır. 31 nəfər adaya sığınır. Onların yaşı 20-30 arasında olub. Shoichinin təsərrüfatında çalışan Gensaburo Yoshino Kazukoya təklif edir ki, özlərini evli kimi göstərsinlər, bununla matrosların təcavüzündən qoruna bilərlər. Bir müddət belə davam edir. Lakin sonra dənizçilərdən biri - Morio, Yoshinonu bıçaqlayıb öldürüb. Və Kazukoyla münasibət qurub. Amma təhlükə yenə də bitməyib. Çünki digər dənizçilər Morioya qibtə edirdilər və hər an ona hücum edə bilərdilər. Dənizçilər bir gün adaya düşən amerikan təyyarəsində tapança tapıb və güclər dəyişməyə başlayıb. Dənizçilər bir-birinə atəş açıblar. Kazuko bu döyüşdə qalib gələn  Richiro Yanagibashi ilə evlənməli olub. Kazukoya sahib olmaq üstündə gedən mübarizədə 11 kişi öldürülüb. Bundan sonra adada sakitlik yaranıb. Onların yeganə məqsədi adadan can qurtarmaq olub. Adada kraliça həyatı yaşayan Kazuko da sakit yaşamağa başlayıb. Bir gün ABŞ gəmiləri adaya yan alıb dənizçilərə müharibənin bitdiyini, istəsələr Yaponiyaya dönə biləcəklərini  söyləyiblər. Ancaq dənizçilər onlara inanmayıb və adada yaşamağa davam ediblər. Kazuko isə bu cəhənnəmdən qaçıb xilas olmaq istəyib. Meşəlikdə gizlənərək amerikan gəmisinin gəlməsini gözləyib. Nəhayət bir gün arzusu çin olub. Kazuko 6 ildən sonra amerikan gəmisinə minərək adanı tərk edib və Yaponiyaya qayıdıb. Dənizçilərsə ailələri onlara məktub yazıb müharibənin bitdiyini təsdiqlədikdən sonra Yaponiyaya qayıdıblar. Kazuko Yaponiyada qəhrəman qadın kimi məşhurlaşıb. Onun barəsində 1953-cü ildə “Anatahan” adlı yapon filmi çəkilib. Kazuko bu filmdə özü də rol alıb. Həyatı barədə kitab yazıb. Japon yazar Kaoru Ohno isə Kazukonun həyatından bəhs edən “Dənizdəki Qəfəs” romanını yazıb.