Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşılıqlı olaraq 75 hərbi əsir dəyişdirilib.
"Əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 75 Rusiya hərbçisi Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb, əvəzində isə Ukrayna Silahlı Qüvvələrinin 75 hərbi əsiri təhvil verilib", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

MN-dən o da bildirilib ki, Birləşmiş Ərəb Əmirlikliləri Rusiya hərbi əsirlərinin qaytarılmasında humanitar vasitəçilik edib.