Ermənistan XİN-in qarşısındakı aksiya başa çatıb, toqquşmalarda 3 polis yaralanıb

Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında baş verən toqquşmalar zamanı 26 etirazçı saxlanılıb.
APA xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.
Etirazçılarla toqquşmada isə 3 polis əməkdaşı xəsarət alıb.
"Vətən naminə Tavuş" hərəkatının lideri, keşiş Baqrat Qalstanyan aksiyanın başa çatdığını elan edib.