4 min metr yüksəklikdən düşdü: Qarışqalar həyatını xilas etdi
 

Amerikalı Joan Mürre bank işçisi olsa da, hobbisi paraşütdən tullanmaq idi. Həyatının ən təhlükəli atlayışını edənədək 35 dəfə paraşütdən tullanıb. 36-cı atlayışı isə az qala faciə ilə nəticələnəcəkdi. Qadın qarışqaların sayəsində həyatda qala bilib.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Joan Mürre adrenalin həvəskarı olub. Paraşütdən tullanmağı isə həyəcanın ən yüksək zirvəsi hesab edib. 47 yaşlı qadın 35 dəfə paraşütdən tullanıb, hər atlayışı da uğurlu olub. 36-cı dəfə paraşütdən tullanmaq üçün Cənubi Karolina ştatına gedib. Bu hadisə 1999-cu ildə baş verib. Qadın gözlənilməz vəziyyətə düşüb. Paraşüt xarab olub və açılmayıb. Qadın yardımçı paraşütü açmağa çalışıb, lakin paraşütlərin ipləri bir-birinə dolaşdığından qorunacaq bir vasitə qalmayıb. Qadın 4 min 400 metr yüksəklikdən saatda 128 kilometr sürətlə yerə çırpılıb. Amma həlak olmayıb. Möcüzə sayəsində sağ qalıb. Qadının həyatını qurtaran qırmızı qarışqalar olub. Yüksəklikdən sürətlə yerə enən Joan qırmızı qarışqa yığınının üzərinə düşüb. Qarışqalar yuvalarını dağıdan insanı dişləməyə başlayıb. Joan kürəyində yanma və sancma hiss edib. Sonra huşunu itirib. Məhz bu yanma və sancma da onun həyatını xilas edib. 200-dən çox zəhərli qarışqanın eyni anda dişləməsi nəticəsində qadın şoka girib. Şok keçirən bədən adrenalin ifraz etməyə başlayıb və bu da Joanın ürəyinin döyünməsinə səbəb olub. Hadisə yerinə gələn tibbi personal qadını Karolina Tibb Mərkəzinə təxliyə edib. Bu müddət ərzində qadın məhz qarışqaların dişləməsi sayəsində həyatda qalıb. Məlum olub ki, metrələrcə yüksəklikdən yerə çırpılan qadında bir neçə xəsarət izi var. Joan 2 həftə xəstəxanada, huşsuz vəziyyətdə qalıb. Ona 17 dəfə qan köçürülüb, 20 estetik əməliyyat edilib. Müalicə alaraq sağalan Joan paraşütdən tullanmaq sevdasından yenə əl çəkməyib və 2001-ci ildə yenidən səmaya çıxıb. Joan Mürrey ötən il vəfat edib. Yaddaşlarda cəsur qadın kimi qalıb. Qızları və həyat yoldaşı onun üçün hazırlanan nekroloqda bu sözlərə yer verib: “Joan Mürrey 29 ay boyunca xərçənglə mücadilə etdi və  sonda ağrılardan xilas oldu. Gülümsər, səmimi, qonaqpərvər insan idi. Amma onu ən çox 1999-cu ildə paraşütdən atlanarkən 4 min 400 metr yüksəklikdən yerə çırpılıb sağ qalan qadın kimi xatırlayırlar. Həyatda qalmağı möcüzədən başqa bir şey sayıla bilməz. Onun həyat hekayəsi hələ də maraqla qarşılanır, haqqında “cəsur qadın idi” deyilir”.