Tom Kruzun çəkiliş etdiyi yer

Bir nəfər həlak oldu

  Hollivud “ulduz”u Tom Kruzun “Vəzifəmiz təhlükə” aksion filminin çəkilişləri aparılan məkan bir nəfərə məzar olub. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, həmin məkan Norveçin cənub-qərbindəki Lysefjordda Pulpit Rock qayalığıdır. Tom Kruz filmin çəkilişləri zamanı məhz bu qayalığa dırmanıb. Filmin yayımından sonra həmin ərazi populyarlaşıb və ekstrim həvəskarları tez-tez bu yerə səyahət edərək qayalığa dırmanıblar. Pulpit Rock – Preikestolen 604 metr yüksəklikdə dik bir uçurumdur. Qayalığın zirvəsinə çatmağa çalışan bir nəfər 604 metrlik uçurumdan aşağı düşərək həlak olub. Yerli polis vəfat etmiş adamın 40 yaşları olduğunu, hadisənin qəza nəticəsində baş verdiyini açıqlayıb. Hadisə şahidləri dindirilib, onlar adamın ayağının sürüşərək uçurumdan yuvarlandığını təsdiqləyiblər.