Diqqətlə oxuyun: ABŞ-də aparılan araşdırma heyrətləndirdi

Faydaları saysız-hesabsızdır, lakin çox olması ölümə səbəb olur
 

 ABŞ-də aparılan tədqiqat su ilə bağlı indiyədək mövcud olmuş müsbət fikirləri alt-üst edib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, saf, təmiz suyun faydaları saymaqla bitməz, eyni zamanda suyun orqanizmə ziyanı da var. Tədqiqat aparan alimlər bu qənaətə gəlib ki, orqanizmin suya ehtiyacı var. Lakin orqanizm ona lazım olduğu miqdarda su almalıdır. Qədərindən artıq su içmək orqanizmə fayda deyil, zərər verir. Xüsusən, idman hərəkətləri edərkən su içmək ölümlə nəticələnə bilər. Orqanizmdə tarazlığın saxlanmasında su önəmli əhəmiyyət daşıyır. Mütəmadi su içmək orqanların fəal çalışmasını təmin edir. Həmçinin su, dəri quruluğunun qarşısını alır, dərini nəm saxlayır, bu da dərinin şəffaflığını, sağlamlığını təmin edir. Su eyni zamanda bağırsaqların fəaliyyətinə kömək edir, orqanizmdəki zərərli maddələri vücuddan kənarlaşdırır. Orqanizmdəki toksinlərdən azad olmaq üçün hər gün 8-10 stəkan su içmək tövsiyə edilir. Yetərli miqdarda su içmək böyrəklərin də yaxşı fəaliyyət göstərməsinə kömək edir. Lazımi miqdarda su qəbul etdikdə, toxluq hissi yaranır ki, nəticədə daha az qida qəbul edilir, bu da kökəlmənin qarşısını alır. Lakin mütəxəssislər bildirib ki, hər orqanizmin su ehtiyacı müxtəlifdir. Orqanizmin su ehtiyacı fərdlərə görə dəyişkəndir. Xüsusən də fiziki hərəkətlər edərkən su içmək ziyandır. Son illərdə belə bir təsəvvür yayılıb ki, idman hərəkətləri edərkən bədən su itirir, bunun yeri doldurulmalıdır. Bəzi şəxslər də su qabını əllərindən qoymur, bir tərəfdən idman edir, bir tərəfdən də su içirlər. Bu isə orqanizm üçün çox təhlükəlidir. İdman hərəkətləri edərkən eyni zamanda su içilirsə, bu qandakı şəkərin səviyyəsini aşağı salır, nəticədə hiponatremiya baş verir ki, bu da insanın ölümü ilə nəticələnə bilər. 14 idmançı məhz idman etdikləri zaman su içdikləri üçün həyatla vidalaşıblar.