Çin rus şirkətləri ilə əməkdaşlıqdan imtina edir

Çinin dövlət bankları Rusiya ilə kütləvi şəkildə əməliyyatları dayandırır və milyardlarla yuan ödənişləri gecikdirir.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, bəzi rus şirkətləri Çindəki ticarət tərəfdaşları ilə gecikmələr və artan ödəniş xərcləri ilə üzləşib və bu da on milyardlarla yuan dəyərində sövdələşmələri qeyri-müəyyən vəziyyətdə qoyur.

Rusiya rəsmilərinin sözlərinə görə, Qərbin sanksiya təhdidlərindən sonra Çin tələbləri sərtləşdirib və bu səbəbdən əməliyyatlarda aylardır gecikmələr yaşanır. Bu ay isə problem daha da kəskinləşib.

Qeyd edək ki, Çin Rusiyanın ən böyük ticari tərəfdaşlarından biridir.