Qazaxda yol qəzası

Qazax rayonunda iki yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, qəzalardan biri Daş Salahlı kəndində yaşlı piyadanı avtomobil vurub. Müxtəlif xəsarətlər alan 1979-cu il təvəllüdlü Raul Binnətov xəstəxanaya çatdırılıb.
Digər yol-nəqliyyat hadisəsi isə Qazax şəhərində, bazarın yaxınlığında qeydə alınıb. Avtomobilin maneəyə çırpılması nəticəsində 3 nəfər - 2002-ci il təvəllüdlü İslam Quliyev, 2001-ci il təvəllüdlü Məmməd Məmmədəliyev, 2008-ci il təvəllüdlü Sahib Quliyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.