Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır. Səbəb sentyabrın 1-dən 15-dək qrupların komplektləşdirilməsi ilə bağlıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, komplektləşdirilmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu 2025-ci il mayın 16-dək davam edəcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi "bq.edu.az" elektron sistemi üzərindən həyata keçirilir.