Ukrayna Monqolustanı Putini həbs etməyə çağırır

“Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır və buna görə də Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair orderi icra etməyə borcludur”.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Putin və Rusiya Federasiyasının digər hərbi-siyasi rəhbərliyi ədalət qarşısında cavab verməlidir”, - deyə Ukrayna Nazirliyinin bəyanatında bildirilir.
Qeyd edək ki, Rusiya Prezidenti sentyabrın 3-də Monqolustana rəsmi səfər edəcək. Bu, onun Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini imzalamış ölkəyə ilk səfəri olacaq.
Xatırladaq ki, 2023-cü ilin martında BCM Putinin həbsinə order verib. Bu sənədə əsasən Putin Monqolustana səfəri zamanı həbs edilməlidir.