
TDT türk dünyasının Avropa Birliyi səviyyəsində bir platformaya çevrilmək üzrədir -RƏY
12:04 03.02.2025
Siyasət
464
Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü yeni təşəbbüslər üçün mühüm platformaya çevriləcək. Bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev AKİpress-ə müsahibəsində bildirib. Ömüralıyev qeyd edib ki, 2025-ci ildə bizim iki mühüm sammitimiz olacaq - Macarıstanda qeyri-rəsmi sammit və Azərbaycanda 12-ci rəsmi sammit.
Bu iki mühüm sammit əsas qərarların müzakirəsi və Təşkilatın gələcək inkişaf istiqamətlərini müəyyən edəcək yeni təşəbbüslərin irəli sürülməsi üçün mühüm platformaya çevriləcək.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a söyləyib ki, Türk Dövlətləri Təşkilatı hazırda inkişaf və yüksəliş mərhələsini keçir:

“Azərbaycan və Türkiyə bu təşkilatın avanqard dövlətləri rolunda çıxış edirlər. Rəsmi Bakı Türk Dövlətləri Təşkilatını beynəlxalq məkanda ən güclü qrumların sırasına daxil etmək məsələsini özünün xarici siyasətinin prioritetləri sırasına salıb. Bu məsələ Türkiyə tərəfindən də xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Hazırda dünyada yeni düzənin formalaşma mərhələsi davam etdiyinə görə rəsmi Bakı və rəsmi Ankara Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada qlobal iradə sahibinə çevrilməsi üçün bütün imkanları səfərbər etmiş vəziyyətdədir. Bu baxımdan hesab etmək olar ki, Türk Dövlətləri Təşkilatının növbəti sammitlərində çox önəmli qərarlar və proqramlar qəbul oluna bilər. Artıq Qərbdə Türk Dövlətləri Təşkilatının inkişaf və yüksəlişindən müəyyən narahatlıq keçirməyə başlayıblar. Bəzi Qərb siyasi dairələri hesab edirlər ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr Avropa İttifaqına alternativ olaraq qrum və anoloji ortaq inkişaf platforması yaradıblar. Hesab olunur ki, Türk Dövlətləri Təşkilatı türk dünyasının Avropa Birliyi səviyyəsində bir platformoya çevrilmək üzrədir. Əgər bu baş verərsə, həmin zaman yeni dünya düzənində bu təşkilat türk dövlətlərini vahid mərkəzdə birləşdirən qlobal məkanın əsas siyasi mərkəzlərinə çevirə bilər”.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur