Azərbaycan maraqları uğrunda sonadək mübarizə aparacaq - RƏY
08:29 04.02.2025
Gündəm
419
Paşinyanın "heç bir halda strateji yollar Azərbaycanın nəzarətinə keçməyəcək" açıqlaması ortaya çıxan suallara cavab vermir
"Ermənistan Baş naziri Nikol Paşinyanın "delimitasiya nəticəsində strateji infrastrukturlar Azərbaycanın nəzarətinə keçməyəcək" açıqlaması erməni ictimaiyyətinə hesablanmış mesajdır"
Bu barədə politoloq Turab Rzayev deyib. Ekspertin sözlərinə görə, son günlərdə sərhədlərin delimitasiya və demarkasiya prosesi zamanı strateji bölgələrin Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı Ermənistan daxilində müzakirələr gedir:
"Ermənistanda bunu təhdid kimi görənlərin bəyanları erməni ictimaiyyətində narahatlığa səbəb olur. Süni ajiotaj yaradanlar Ermənistanın mühasirəyə düşəcəyini, xarici əlaqələrdə Azərbaycandan asılı olacağını deyirlər. Buna kifayət qədər əsaslar da var. Çünki delimitasiya prosesi ilə Qazaxın digər kəndləri də Azərbaycana qaytarılsa, Ermənistan-Gürcüstan yolları nəzarətimiz altında olacaq. Həmçinin, Naxçıvanın Kərki kəndi ilə bağlı proses yekunlaşsa, Ermənistanın İrana gedən yollara Azərbaycan nəzarət edəcək. Görünür, Paşinyan hökuməti bu barədə yayılan söhbətlərdən sonra belə bir açıqlama verməyə məcbur qalıb. Proses artıq gedir. Qazaxdan İranadək sərhədlər delimitasiya və demarkasiya olmalıdır. Bu da Azərbaycan ərazilərinin qaytarılması deməkdir ki, o zaman strateji infrastrukturların bir çox hallarda Azərbaycanın nəzarətinə keçməsi deməkdir".
Analitikə görə, erməni ictimaiyyətinin narahatlığını aradan qaldırmaq üçün Ermənistan əsas yollara alternativ yollar çəkməli, ya da həmin ərazilərin əvəzinə başqa ərazilər verməlidir:
"Strateji yollar keçən əraziləri özündə saxlamaqla, digər bölgədən Azərbaycana torpaq verilə bilər. Mümkündür ki, Azərbaycan tərəfi müvvəqqəti olaraq həmin yollardan Ermənistanın istifadəsinə icazə versin. Amma indiki halda Paşinyanın "heç bir halda strateji yollar Azərbaycanın nəzarətinə keçməyəcək" açıqlaması ortaya çıxan suallara cavab vermir. Azərbaycan tərəfi öz maraqları uğrunda sonadək mübarizə aparacaq. Hansısa ərazimizin Ermənistanda qalmasına imkan verməyəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq