Sərkisyana sui-qəsdlə bağlı iki versiya: onu kim öldürüb?
09:06 04.02.2025
Dünya
299
Moskvadakı “Alıye Parusı” yaşayış kompleksində sui-qəsd nəticəsində öldürülən “dxr” in “boks federasiyasının prezidenti”, “Arbat” batalyonunun yaradıcısı Armen Sərkisyan eyni zamanda kriminal dairələrdə “Armen Qorlovski” ləqəbi ilə tanınır.
Axar.az xəbər verir ki, “Kremlevskaya tabakerka” Teleqram kanalı məlumat yayıb.
Kanal Sərkisyana sui-qəsdlə bağlı iki əsas versiya irəli sürüb:
“Birinci versiyada Ukraynanın iştirakı istisna edilmir. Belə ki, Sərkisyan 2014-cü ildə Kiyevdə hakimiyyət dəyişikliyinə qarşı aktiv çıxış edib və ona qarşı Ukraynada cinayət işləri açılıb.
İkinci versiyada isə Sərkisyanın kriminal keçmişi qətlin əsas motivlərindən biri olaraq ehtimal edilir. Sərkisyan müxtəlif, o cümlədən qeyri-leqal bizneslə məşğul olub və son illərdə nüfuz dairələrinin bölüşdürülməsi ilə bağlı münaqişələrə qarışıb. Mənbələr onun Çeçenistan rəhbəri Ramzan Kadırovla çətin münasibətlərinin olduğunu qeyd edir. Sərkisyanın yaxın münasibətdə olduğu Aptı Alaudinov əvvəllər tərəflər arasında vasitəçi rolunu oynayaraq münaqişnin böyüməsinin qarşısını alıb. Xüsusilə, bir il əvvəl Moskvada Sərkisyanın adamları ilə Rəsul Oçayevin qrupu arasında baş verən atışmanı məhz Alaudinov həll etmişdi. Hər iki versiya inandırıcıdır. Düşmən KİV-ləri bu hadisəni xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı kimi təqdim etməyə çalışır, lakin buna inanmaq olmaz. İkinci versiyanı dəstəkləyən fakt isə Kadırovun son dövrlərdə təsir gücünü itirməsidir. O, “dxr”ə nəzarətini genişləndirmək istəyir və bu güc nümayişi gözlənilməz nəticələrə səbəb ola bilər. Sərkisyanın qətli onun yaxın çevrəsinin intiqamına yol aça bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm