
İqtisadçı: ABŞ tarif siyasətinin mənfi tərəfləri...
01:09 04.04.2025
İqtisadiyyat
542
Azərbaycanın ixracı deyil, daha çox idxalı istiqamətində olacaq
ABŞ Prezidenti Donald Tramp yeni vergi tariflərini açıqlayıb. ABŞ-nin digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər, rüsumlar - red) dərəcələri 10-50 faiz arasında dəyişir. Siyahıya əsasən, Azərbaycan ABŞ-nin 10 faiz gömrük vergisi tətbiq edəcəyi ölkələr siyahısındadır. Qeyd edilib ki, Azərbaycan ABŞ-yə 10 faiz vergi tətbiq etdiyi üçün Vaşinqton da Azərbaycana 10 faiz vergi tətbiq edir. Tramp Amerikanın ticarət müstəqilliyini bərpa etmək məqsədilə bu tarifləri tətbiq edəcəyini vurğulayıb və ölkəsinin iqtisadi gücünün yenidən yüksələcəyini bəyan edib. Açıqlamalara görə, ABŞ-nin yeni tarifləri aprelin 5-dən etibarən qüvvəyə minəcək. Qeyd edək ki, ABŞ Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 753 milyon dollar olub. Bu göstəriciyə görə, ABŞ ticarət tərəfdaşları sırasında 4-cü yerdədir. Amerikanın bu mövqedə olması Azərbaycana idxalla bağlıdır. Ticarət dövriyyəsinin 94 faizini Amerikadan gətirilən mallar təşkil edir. Azərbaycanın xarici ticarət dövriyyəsində ABŞ-nin payı 3,68 faizdir. Ölkəyə gətirilən malların 7,68 faizi Amerikadan gətirilir. Azərbaycanın ixracında Amerikanın payı heç 1 faizə də çatmır. Ötən ilin sonunda bu göstərici 0,51 faiz olub. Lakin Azərbaycanın rəsmi qurumları ilə xarici təşkilatların statistikası arasında fərqlər mövcuddur.
İqtisadçı Eldəniz Əmirov "Sherg.az"a deyib ki, "tradingeconomics" saytına əsasən, 2024-cü ildə Azərbaycandan ABŞ-yə 162 milyon dollarlıq məhsul ixrac edildiyi qeyd edilib. Ekspert vurğulayıb ki, bu məhsullar arasında birinci yerdə 83,17 milyon dollarlıq ixracla alüminium ixracı gəlir:

"Sonrakı yerlərdə isə növlərinə görə təyin olunmayan mallar - silah və sursat, onların hissələri, maşınlar, nüvə reaktorları, dəmir və polad, incilər, qiymətli daşlar, metallar, gübrələr, tərəvəz, meyvə, qoz-fındıq və s. təşkil edir. Bu rəqəm 2023-cü illə müqayisədə 10 dəfə çox deməkdir. Amma bu, artımın davamlı olması demək deyil. Çünki ABŞ Azərbaycanın ixracında tam qeyri-stabil paya sahib olan ölkədir. Buna görə də 2022-ci ildə bu ölkəyə cəmi 90 milyon dollarlıq mal ixrac edə bilmişdik. 2023-cü ildə isə bu da 6 dəfə azalaraq 16 milyon dollar olub.
Hətta 2008-ci ildə Azərbaycanın etdiyi ixracın səviyyəsi fantastik artaraq, 6 milyard dollar olub. Sonrakı illərdə isə bu rəqəm 1,7 milyard dollara enib. 2013-cü ilə qədər azalaraq bir milyard dolların altına düşüb. 2023-cü ildə isə 16 milyona çatıb".
İqtisadçı bildirib ki, ümumiyyətlə, ABŞ-yə olan ixracımız Azərbaycanın ümumi ixracı ilə müqayisədə o qədər kiçik rəqəmdir ki, ixrac istiqamətindən ölkəmizə ciddi təsirinin olmayacağını əminliklə demək olar:
"Ötən il 26,338 milyard dollarlıq ixracımızın cəmi 0,6 faizini təşkil edir. Yəni satdığımız hər 100 dollarlıq məhsulun cəmi 60 senti ABŞ-yə düşür. Buna da 10 faizli tarif tətbiq edilməsi hər 100 dollarda 6 sent deməkdir. Bu altı sentin isə ən azı 4-5 senti məhsulun qiymətinə transfer olunacaq. Buna görə də kiçik riyazi hesablamalar etsək, görərik ki, 162 milyon dollarlıq ixracın təsirlənməsi 30 min dolları ötməyən bir rəqəmlə ifadə oluna bilər. Odur ki, ABŞ tarif siyasətinin mənfi tərəfləri Azərbaycanın ixracına deyil, daha çox idxalı istiqamətində olacaq. Çünki bu sərt siyasət ABŞ ilə ticarət münasibətlərində olan, xammal tədarükü və ixrac edən ölkələrdə qiymət artımlarına gətirib çıxaracaq. Azərbaycan isə idxaldan ciddi asılıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya