DTX-nin həbs etdiyi hakerin məhkəməsində şok etiraflar
Yusif Nəzərli
05:23 04.04.2025
Hadisə
319
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Şəmkir rayon sakini Tural Rasim oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sherg.az Teleqraf-a istinadla xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hikmət Abdullayev ifadə verib.
O bildirib ki, “Zeromap” MMC-nin təsisçisi, “İdrak” şirkətinin prezidentidir. Tural Əliyevlə onu 2021-ci ildə ortaq tanışları görüşdürüb.
Şahid qeyd edib ki, Tural Əliyevlə söhbət edən zaman onun kompüter biliklərinə sahib olduğunu öyrənib: "Mən də onu işə götürdüm və bildirdim ki, biliklərindən istifadə etsin. Həmçinin ona bütün lazımi şəraitin yaradılacağını, texniki dəstəyin göstəriləcəyini dedim. Ona gizli şəkildə heç bir ölkənin şirkətinin məxfi məlumatlarına daxil olmamağı tapşırmışdım".
Hikmət Abdullayevin sözlərinə görə, Tural Əliyevə tətbiqlərdə boşluqları qısa zamanda aşkar edən proqram yaradılması üçün tapşırıq verib: "Həmin proqramı dövlət orqanlarına təqdim edəcəkdik, proqram bəyənilsəydi, tətbiq edəcəkdilər".
Şahid qeyd edib ki, bir müddət sonra xaricdən ölkəyə qayıdan zaman onu DTX-yə istintaqa dəvət ediblər: “Mən Turalın saxlanıldığını və saxlanılma səbəbi kimi şirkətlərin server sisteminə qanunsuz daxil olmasını öyrəndim”.
Məhkəmə iclasında məlum olub ki, 2021-2024-cü illər ərzində “İdrak” şirkəti “Zeromap”a 80 min manat ödəniş edib.
Hikmət Abdullayev bildirib ki, bu iş və müddət qarşılığında 80 min böyük məbləğ deyil: “Şirkət hər zaman risk etməyi bacarmalıdır. 80 min manat şirkət üçün böyük məbləğ deyil. Biz pul yatırmalıyıq ki, daha çox qazanaq. Mənim pul qarşılığında tələbim boşluqları aşkar edən proqram tapmaq idi. Tələbim ziyanverici proqram yaratmaq deyildi”.
İş üzrə şahid qismində ifadə verən E.Abdullayev isə bildirib ki, Tural Əliyevlə eyni sahə üzrə fəaliyyət göstəriblər: "Forumların birində tanış olmuşuq".
Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, ifadəsində Turalın ziyanverici proqramlara meyilli olduğunu bildirib: “Tural ziyanverici proqramlar yaratmağa, onlarla maraqlanmağa meyilli idi. Hətta kiberhücumlara da cəhdlər edirdi. Hansı şirkətə cəhd etdiyini xatırlamıram. Lakin həmin cəhdlər uğursuzluqla nəticələnirdi”.
Daha sonra təqsirləndirilən Tural Əliyev bildirib ki, iş üzrə özünü qismən təqsirli bilir: “Mən “Ultra Texniki” MMC-nin serverinə qanunsuz şəkildə müdaxiləyə cəhddə özümü təqsirli bilirəm, amma istintaq sənədində qeyd olunan “Ulduz” MMC şirkəti barəsində olan ittihamı qəbul etmirəm”.
Proses aprelin 17-də davam edəcək.
İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.
Belə ki, o, 2021-ci illərdə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.
Bundan başqa, o, xarici şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.
Tural Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region