Nazir: Cənub Qaz Dəhlizi Avropa üçün strateji zənginlikdir
08:09 04.04.2025
İqtisadiyyat
372
Qlobal enerji bazarının cari reallığını nəzərə alaraq biz öz prioritetlərimizi, siyasətimizi və investisiyalarımızı optimallaşdırmalıyıq.
“APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
Oniun sözlərinə görə, geosiyasi gərginliyə və bazarlardakı volatilliyə baxmayaraq təbii qaz enerji təhlükəsizliyinin ən təməl daşı, strateji zənginlik olaraq qalır və uzun müddət energetikanın mərkəzi komponenti olacaq.
“Bu öz növbəsində, qaz yataqlarına və infrastruktura investisiyaların yatırılmasını tələb edir. Biz vacib reallığı nəzərə alaraq sürətli qərarlar qəbul etməliyik. Belə olmasa lazımi təchizat həcmlərinin təmin edilməsi ümumiyyətlə uğursuzluğa düçar olacaq. Digər bir həqiqət də var ki, dayanıqlı enerji təhlükəsizliyinin təmin edilməsini şaxələndirməyin alternativi yoxdur. Buna görə, enerji həcminin məhz müxtəlif mənbələrdən və marşurtlardan əldə edilməsi enerji təhlükəsizliyinin nəinki, fundamental qarantiyası və müstəqilliyidir, həmçinin Avropa üçün vacibdir. Bu məsələ daimi olaraq prioritet kimi qalmalıdır və ən vacib məqamlarda nəzərdən keçirilməlidir. Azərbaycan qazının əhəmiyyətinə gəldikdə, Cənub Qaz Dəhlizi Avropa üçün strateji zənginlikdir və bu bizim planlarımızın ayrılmaz hissəsidir. Son illərdə Azərbaycan nəinki, etibarlı tərəfdaş kimi öz mövqeyini qoruyub, o cümlədən öz coğrafiyasını xeyli genişləndirib”, - Pərviz Şahbazov qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region