
Cənub Qaz Dəhlizi qazın ixracatı və Yaşıl enerjiyə keçid üçün mühüm alətdir -ANALİZ
10:03 04.04.2025
İqtisadiyyat
448
Aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin inkişafında və həyata keçirilməsində liderlik edib. Dövlətimizin başçısı dəfələrlə bu layihənin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu bəyan edib.
2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki çıxışı zamanı Prezident Əliyev layihənin əhəmiyyətini bu sözlərlə ifadə edib: “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.
Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib”.
Enerji məsələləri üzrə ekspert Emin Qəribli "Sherg.az"a bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclasın Azərbaycanda keçirilməsi çok aktual və vacibdir:

"Cənub Qaz Dəhlizi gələcəkdə qazın ixracatı, dünya iqtisadiyyatına inteqrasiya olunması, hidrogen emerjisi və Yaşıl enerjiyə keçid üçün mühüm alətdir. İstisna deyil ki, perspektivdə Türkmənistan və digər ölkələr də birləşərək sözügedən dəhlizin əhəmiyyətini artıracaqlar. Nəzər salsaq, ABŞ Prezidenti Donald Tramp bütün ölkələr üçün tarifləri artırdı. Bu o deməkdir ki, Vaşinqton artıq avtoritetlik tətbiq edir. Odur ki, çıxış yolu regional ölkələrlə inteqrasiyadır. Elə Cənub Qaz Dəhlizi də bunun üçün gözəl nümunədir. Azərbaycan sonrakı dövrdə də sənaye korporasiyasını məhz qaz, nəqliyyat dəhlizləri vasitəsilə həyata keçirə biləcəyik. Doğrudur, Cənub Qaz Dəhlizi ilə bağlı bizə məlum olan problemlər var. Hər il dünya iqtisadiyyatının paradiqması dəyişir və yeni çağırışlar yaranır. Bunun üçün mütəmadi olaraq müvafiq qurumlar müxtəlif görüşlər keçirməli, o cümlədən qarşıya çıxan məsələləri müəyyən edərək həll yolunu axtarmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə