
AİB sədri: Hər gün ən azı 10 tonlarla qida məhsullarının yararlılıq vaxtı keçir
13:13 04.04.2025
Sağlamlıq
445
Ağcabədi rayonu, H.Hacıyev küçəsi, 141 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rahib Ədalət oğlu Vəliyevə məxsus anbarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı anbarda mənşə sənədləri olmayan konfet, yararlılıq müddəti bitmiş makaron və qarğıdalı yağı aşkarlanıb. Həmçinin istehlaka yararlı məhsullarla yararsız məhsulların birlikdə və birbaşa döşəmənin üzərində saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, Ağcabədi və ayrı bölgələrdə ara-sıra müəyyən edilən bu cür məsələlər dəryada bir damladır:

“Hər gün ən azı 10 tonlarla qida məhsullarının yararlılıq vaxtı keçir. İstifadə müddəti keçmiş məhsulların alqoritmi belədir. Yəni satışdan çıxarılır və bir yerə toplanır. Çünki dükkanda, bir dənə vaxtı keçmiş məhsul müəyyən olunsa 1500 manat cərimə edilərlər. İkinci addımda bu mallar distribüterə qaytarılır və sonda isə distribüter aparır istehsalçıya verir. İstehsalçının isə nə etdiyi qaranlıq qalır. Təcrübə göstərir ki, etiketi dəyişəni dəyişdirir və mümkün olanı edirlər. Yenidən həmin məhsulları istehlakçının boğazına verirlər. Ölkəmizdə nə üçün bunlar mövcuddur? Ona görə ki, ölkədə mükəmməl istehlakçı siyasəti yoxdur. Tək qida məhsullarında deyil. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Ondan bəri qanun dəyişməyib. Yalnız zərərli dəyişikliklər olub. Təsadüfi deyil ki, 3 mart 2025-ci ildə Milli Məclisdə Ombudsmanın 101 səhifəlik illik hesabatında bir kəlmə də olsun istehlakçı sözü yox idi və mən tənqidi çıxış etdim. İstehlakçı hüququ ən çox pozulan insan hüququ olduğu halda, nə üçün ombudsmanın məruzəsinə salınmayıb. Ölkədə birmənalı şəkildə biznesin dəstəklənməsi siyasəti gedir. İstehlakçı hüquqları isə arxa planda qalıb. Bütün bunlarla bərabər Qida Təhlükəsizliyi Agentliyinin əli qolu bağlıdır. Onların cəld vaxtaşırı yoxlama imkanları yoxdur. Yəni yoxlamaya getmək üçün onlar uzun bir bürokratik prosedur keçməli, xəbər verməlidirlər ki, sizi yoxlamağa gəlirik. Bu prosedur mütləq götürülməlidir və Qida Təhlükəsizliyi Agentliyi cəld və informasiya verilən an yoxlama imkanlarına malik olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə