
İrəvan uzun müddət sülhü imitasiya edəcək - ŞƏRH
03:18 05.04.2025
Siyasət
423
Ermənistan, sadəcə, beynəlxalq münasibətlərdəki proseslərin onlar üçün münbit şərait yaradacağını gözləyir
Azərbaycanla Ermənistan arasında sülhlə bağlı danışıqların getdiyi zamanda Ermənistanın həm şərti sərhədlərin yaxınlığında, həm beynəlxalq arenada təxribatlar törətdiyinin şahidi oluruq. Maraqlıdır ki, sərhəd təxribatları Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan böhtan kampaniyaları ilə eyni vaxtda baş verir. Bir tərəfdən, beynəlxalq platformalarda guya Azərbaycanın Ermənistan üzərinə hücuma keçməyə hazırlaşması haqqında yalan məlumatlar tirajlanır, digər tərəfdən özləri sərhəd bölgəsində əsgərlərimizi təxribata çəkirlər. Rəsmi İrəvanın təxribatlara görə üzrxahlıq etməkdənsə, faktı danmağa üstünlük verməsi Ermənistanın mahiyyətinə tam uyğun gəlir. Bəzi ekspertlərə görə, Ermənistanın sürətlə silahlanması, aprel ayı üçün faktiki olaraq səfərbərliyin elan olunması, ağır silahların və hərbi texnikanın şərti sərhədlərə toplanması, yeni səngərlərin, tunellərin qazılması faktları bu ölkənin sülhə deyil, müharibəyə hazırlaşdığını göstərir. Halbuki, mövcud reallıq tələb edir ki, ermənilər Cənubi Qafqazda sülh şəraitində yaşamaq istəyirlərsə, ilk növbədə qonşu dövlətlərlə münasibətlərini düzgün tənzimləməlidirlər. Bölgə daxilində sülh olmazsa, kənar qüvvələr burada heç kimin təhlükəsizliyinə zəmanət verə bilməzlər.
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg.az"a açıqlamasında deyib ki, ermənilərin Azərbaycanla sülh və qonşuluq şəraitində yaşamaları və ərazi iddialarından, təxribatlardan birmənalı əl çəkəcəkləri onsuz da gözlənilmirdi. Ekspert bildirib ki, Ermənistan sadəcə beynəlxalq münasibətlərdəki proseslərin onlar üçün münbit şərait yaradacağını gözləyir:

"Həmin əlverişli məqama qədər isə sülh imitasiyası edir. Eyni zamanda ermənilərin havadarları və dəstəkçiləri də belə bir razılaşmanın əleyhinədir. "Erməni kartı"ndan həmişə xarici güclər Ankara və Bakıya qarşı təzyiq aləti kimi istifadə ediblər. Təsəvvür edin, Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma "erməni soyqırımı"nın SSRİ-nin Türkiyəyə qarşı layihəsi olduğunu deyərək, saxta olduğunu etiraf edir və bundan imtina edir. Ancaq Avropa İttifaqı "erməni soyqırımı"nı parlamentdə müzakirəyə çıxarır. ABŞ erməni yalanlarına, birtərəfli və uydurma təbliğatına uyaraq, "Azadlığa dəstək aktına" 907-ci düzəlişi etməklə Vaşinqton-Bakı əlaqələrinə müəyyən problemlər yaratdı. Təəssüflər olsun ki, həmin bədnam düzəliş hələ də aradan qaldırılmayıb. Bəzi xarici siyasi dairələrin "etnik təmizləmə" adlandırdığı böhtan Azərbaycana qarşı ermənilərlə birgə aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir".
Analitik qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının parlamentinin hər iki palatasında erməni diasporunun maliyyəsi ilə, çirkli pulları ilə qidalanan üzvləri var:
"Artıq onlardan birinin cinayətləri sübuta yetirildi və cəzalandırıldı. Bu tiplər erməni lobbisinin diktəsi ilə oturub-dururlar. Lakin bununla belə düşünmək istəməzdim ki, ABŞ-nin qlobal və regional siyasətinin formalaşmasında və həyata keçirilməsində mühüm rol oynayırlar. Hüquqi çəkisi olmayan müəyyən qətnamə qəbul etdirə bilərlər. Lakin bundan daha çox Vaşinqtonun Cənubi Qafqaz maraqları ziyan çəkəcək. Tramp administrasiyasının "Hər şey Amerika üçün" devizı ilə yürütdüyü siyasətini nəzərə alsaq, bunun da baş verəcəyi inandırıcı deyil".
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan iqtidarı Donald Trampın realist və çevik, milli maraqların müdafiəsinə istiqamətlənən siyasətindən pozitiv dəyişiklərə ümid edir:
"Düşünürəm ki, sabiq Prezident Co Baydendən fərqli olaraq, yeni administrasiya ABŞ-Azərbaycan əlaqələrinə müsbət tendensiyalar gətirəcək. Baxmayaraq ki, erməni lobbisi və diasporu, ermənipərəst parlamentarilər buna maneçilik törətməyə çalışacaq. Lakin hesab edirəm ki, Paşinyan özünü "sülh göyərçini" kimi göstərməyə çalışsa da, bütün təxribatların və Bakıya yönəlik planların mərkəzindədir. Bunu onun öz astagəl, iradəsiz və sistemsiz siyasətində də görmək mümkündür. Sülh danışıqları məhz Ermənistanın ucbatından öz məntiqi sonluğunu vermir. Hər dəfə müxtəlif bəhanələrlə, yaxud təxribatlarla yubadılır. Ermənilərin Azərbaycana qarşı maraqları birdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat