
Suriyada Türkiyə və İsrail hərbi qarşıdurması mümkündür - ŞƏRH
Yusif Nəzərli
02:06 05.04.2025
Siyasət
667
Tehran burada İsraili dəstəkləyir, ərəb ölkələrinin isə Türkiyəni dəstəkləyəcəyi ehtimalı yüksəkdir
İsrailin Suriyaya son zərbələri Türkiyənin bu ölkədə hərbi baza yaratmasının qəbuledilməz olmasına dair Ankaraya mesajıdır. Bu barədə “Yerusəlim Post” məlumat yayıb. İsrailin “Kan” radiostansiyasının informasiyasına görə, Türkiyə Palmira yaxınlığında T4 aerodromuna nəzarət etmək istəyir və bu da öz növbəsində İsrailin aviaəməliyyatlarına zərər verə bilər: "İsrailin əsas narahatlığı ondan ibarətdir ki, kiçik aerodromdan Türkiyə PUA-ların və daha pisi isə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün istifadə edə bilər". Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Suriyada İsraillə qarşıdurma istəmir. H.Fidanın sözlərinə görə, əgər Suriya İsraillə müəyyən anlaşma istəyirsə, bu, onların işidir: “Əgər Dəməşqin yeni administrasiyası Türkiyə kimi, Suriyanın qonşusu olan İsraillə “müəyyən anlaşmalar” əldə etmək istəyirsə, bu, onların öz işidir”. Fidan vurğulayıb ki, İsrailin hücumları Suriyanın İŞİD və digər təhdidlərin qarşısını almaq qabiliyyətinə zərbə vurur: “İsrailin Suriyadakı hərəkətləri gələcək regional qeyri-sabitliyə yol açır”. Daha öncə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, İsrail Baş naziri Benyamin Netanyahu hökumətinin Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsi və İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşma fəaliyyətinin davam etdirilməsi ilə bağlı bəyanatları İsrailin beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymamasının və sülh səylərindən tamamilə uzaqlaşmasının növbəti göstəricisidir: "Beynəlxalq ictimaiyyət müqəddəs yerləri qorumaq, növbəti təxribatların qarşısını almaq və İsrailin işğal yolu ilə ərazisini genişləndirmək cəhdlərini dayandırmaq üçün qətiyyətli mövqe nümayiş etdirməlidir". Qeyd edək ki, İsrailin aprelin 2-dən 3-nə keçən gecə Suriyaya endirdiyi aviazərbələr Həmas və T4 bazalarında, həmçinin Dəməşq ərazisində qalan əlavə hərbi infrastrukturu hədəf almışdı. İsrail mətbuatı isə yazıb ki, zərbələr Türkiyəyə mesaj olaraq endirilib. Çünki T-4 hərbi bazası və digər obyektlərə Ankara Suriyada mühüm rol oynamaq məqsədilə baxa bilər.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Suriyada Türkiyə və İsrail hərbi qarşıdurması mümkündür. Ekspertin fikrincə, İsrail Türkiyəyə qarşı hərbi əməliyyatları inkişaf etdirərsə, hərbi baza qurulmasının qarşısını almağa çalışarsa, Ankara hərbi müstəvidə cavab verəcək:

"İsrail Suriyanın parçalanmasını və ordusunun olmamasında maraqlıdır. Türkiyə isə bütöv və silahlı qüvvələri olan Suriyanın inkişafında maraqlıdır. Türkiyə İsrailin təhlükəsizliyinə təhdid ölkə deyil. İsrail Türkiyə ilə normal münasibətlər qura bilər. Ankara da buna etiraz etməz. Türkiyənin Suriyada olması və Yaxın Şərqdə geosiyasi mövqelərini gücləndirməsi İsrailin təhlükəsizliyinin təmini deməkdir. İran İsrailə qarşı proksi qüvvələrdən istifadə edə bilməyəcək. Həmçinin, ərəb ölkələri İsrailə qarşı normal siyasət ortaya qoyacaq. Amma İsrail Baş naziri B.Netanyahu Suriyanın cənubunu işğal etməklə ərazilərini genişləndirmək, bütövlükdə Fələstini tam götürərək muxtariyyəti ləğv etməyi hədəfləyir. Türkiyə isə Fələstinin müstəqilliyini dəstəkləyir".
Analitik bəyan edib ki, İran Suriyada Türkiyə və İsrail arasında hərbi toqquşmada maraqlıdır:
"Tehran burada İsraili dəstəkləyir. Çünki Türkiyənin Yaxın Şərqdə mövqeyinin güclənməyini qəbul etmir. İsrail ABŞ Prezidenti D.Trampa arxayın olaraq Türkiyəyə qarşı təzyiq etməyə çalışır. Türkiyə Prezidenti R.T.Ərdoğan Şamda Əməvi məscidində namaz qılacağını qeyd etmiş, ardınca Qüdsdə namaz qılacağını vurğulamışdı. Türkiyə 60 illik BƏƏS rejimini yıxdı, Rusiya və İranı regiondan çıxardı. Bir ildən artıqdır ki, HƏMAS-ı kiçik bir anklavdan çıxara bilməyən İsrail ordusunun Türkiyə və Suriya ordusu ilə döyüşü sual doğurur. İsrail-Türkiyə qarşıdurmasında ərəb ölkələrinin Türkiyəni dəstəkləyəcəyi ehtimalı yüksəkdir. Suriya ordusu da İsrailə hücum edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat