Şorbadan siçan çıxdı - Məşhur fast food markasında qalmaqal
Yusif Nəzərli
00:26 05.04.2025
Hadisə
376
Yaponiyanın məşhur fast food şəbəkəsinin yeməklərində tapılanlar heyrətə səbəb olub. 2 min filialının bağlanmasına qərar verilən fast food şəbəkəsi gündəmə bomba kimi düşüb.
Medicina.az xəbər verir ki, Yaponiyada yerləşən məşhur fast food şəbəkəsi Sukiya-nın yeməklərində həşərat və gəmiricilər aşkar edilib. Reuters-də yer alan xəbərə görə, mal əti qabları ilə tanınan və Yaponiya daxilində 2 minə yaxın şöbəsi olan fast food şəbəkəsinin bağlanması qərarı verilib.
Sukiya restoranlar şəbəkəsi gigiyena qalmaqalları səbəbilə gündəmdə böyük səs-küyə səbəb olub.
Şirkət bəzi filiallarda yeməklərdə gəmiricilər və həşəratlar göründükdən sonra ölkə daxilindəki əksər mağazalarını 4 gün müddətinə bağlayacağını açıqlayıb.
ŞORBADAN SİÇAN ÇIXDI!
Gigiyena qalmaqallarını gündəmə gətirən hadisələrdən birincisi yanvar ayında Yaponiyanın qərbindəki Sukiya filialında baş verib.
Müştərinin miso şorbasında siçan parçasının fərqinə varması ilə şirkət ictimaiyyətdən üzr istəyib. Ötən cümə günü ikinci gigiyena qalmaqalı Tokio yaxınlığındakı başqa bir filialda təqdim edilən məhsulda həşəratların görünməsi ilə başlayıb.
RESTORANLAR BAĞLANIR!
Bu iki qalmaqaldan sonra Sukiya daha çox problemlərin qarşısını almaq və ətraflı gigiyenik yoxlamalar aparmaq üçün ticarət mərkəzlərindəki bir neçə restoran istisna olmaqla, Yaponiyadakı bütün mağazalarını martın 31-i səhərindən aprelin 4-ü səhərə kimi bağlamaq qərarına gəlib.
Şirkətdən verilən açıqlamada "Bu vəziyyət bizim üçün son dərəcə ciddidir. Bütün müştərilərimizdən səmimi qəlbdən üzr istəyirik" deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat