Pezeşkian köməkçisini bahalı turizm səfərinə getdiyi üçün işdən çıxarıb
Yusif Nəzərli
08:49 05.04.2025
Region
427
İran Prezidenti Məsud Pezeşkian köməkçisi Şəhram Dəbirini bahalı turizm səfərinə getdiyi üçün vəzifəsindən azad edib.
“Report” xəbər verir ki, məlumatı “Mehr" agentliyi yayıb.
M.Pezeşkian məsələ ilə bağlı açıqlamasında bildirib ki, Dəbirinin Novruz bayram tətilində Antarktidaya lüks səyahətə getdiyi müəyyənləşib: “Kasıbların çox olduğu bir ölkədə vəzifəli şəxslərin öz vəsaitləri hesabına olsa belə, bahalı turizm səfərinə getməsi müdafiə edilə və ya haqlı sayıla bilməz. Bu, səlahiyyətlilərin sadə həyat standartları ilə uyğun deyildir”.
Qeyd edək ki, Şəhram Dəbirinin bayram tətilində Antarktidaya lüks səyahətə getdiyi və orada əylənməsinə dair mediada məlumatlar yayılıb. O, dövlətin deyil, öz maliyyə vəsaiti hesabına səyahətə çıxdığını bildirsə də, ancaq bu, qarşı tərəfi qane etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual