Macarıstan şirkəti Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etmək istəyir
07:44 07.04.2025
İqtisadiyyat
370
Macarıstanın MVM şirkəti Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıdır.
"APA Economics" xəbər verir ki, bunu ADA Unviersitetində keçirilən "Innovative Pathways to a Greener Future: Renewable Energy and Emission Reduction" tədbirində MVM şirkətinin rəhbəri Karoly Matrai bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi layihəsinin iştiraçısıdır.
"Biz öz təcrübəmizi Azərbaycanla bölüşmək istərdik. Biz həm də regionda geniş biznes imkanlarını gördüyümüz üçün ölkənin bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıyıq. Yaşıl Enerji Dəhlizi layihəsi Macarıstan baxımından mühüm əhəmiyyət kəsb edir. "Şahdəniz" layihəsi Macarıstanın enerji təchizatının şaxələndirilməsinə yol açdığı kimi, Yaşıl Dəhliz də başqa bir imkandır", - Karoly Matrai qeyd edib
Onun sözlərinə görə, bu, ona görə vacibləşir ki, Macarıstan kifayət qədər elektrik enerjisi istehsal etmir və hava şəraitindən asılı olaraq öz tələbatının 20-25%-ni idxal hesabına ödəyir.
"Yaşıl Enerji Dəhlizi layihəsi Xəzərin ucuz elektrik enerjisinə çıxışı açacaq ki, bu da tədarükün daha da şaxələndirilməsi üçün həm iqtisadi, həm də siyasi zəmin yaradacaq. Onun Macarıstan üçün strateji əhəmiyyəti də məhz bundadır. Üstəlik, bu layihə bütün region üçün dönüş nöqtəsi ola bilər.
Onun sözlərinə görə, MVM Azərbaycanda bərpa olunan enerji sektoruna sərmayə qoymaq üçün danışıqlara artıq başlayıb.
"Biz ilk mərhələdəyik, ona görə də hələ heç nə qərarlaşdırılmayıb, lakin biz inanırıq ki, Yaşıl Enerji Dəhlizi Təşəbbüsü sayəsində bizim Azərbaycanda olmaq və Azərbaycanın bərpa olunan enerji sektoruna mühüm töhfə vermək üçün yaxşı imkan var", - Karoly Matrai vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual