Lənkəranda itkin düşən balıqçının cəsədi İrandan gətirildi
Yusif Nəzərli
17:01 07.04.2025
Hadisə
245
Lənkəranda Xəzər dənizində itkin düşən balıqçılardan biri – Siyavar kənd sakini, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayevin cəsədi İrandan Azərbaycana gətirilib.
Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu ilin yanvar ayının 13-də baş verib. Həmin gün Siyavar kənd sakinləri – 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov dənizə balıq ovuna çıxaraq itkin düşmüşdülər.
Fevralın 21-də balıqçılardan biri – Nazim Abbasovun meyiti tapılmışdı. Ötən ay isə Mahmud İbayevin cəsədi Xəzər dənizinin İran ərazisində – Bəndər-Ənzəli şəhəri yaxınlığında aşkar edilib.
Mərhumun qardaşı Rəşad İbayev ailə üzvləri və kənd sakinlərinin dəstəyi ilə İrana gedərək cəsədin Azərbaycana gətirilməsi üçün zəruri prosedurları yerinə yetirib.
Bu gün axşam saatlarında Mahmud İbayevin nəşi doğulduğu Siyavar kəndinə gətirilib. Evinin qarşısında vida mərasimi təşkil olunub. Daha sonra mərhumun cənazəsi kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində yaxınları, kənd sakinləri və tanışları iştirak edib, mərhum üçün cənazə namazı qılınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual