
Buzlar əriyir: Pərdə arxasında Tbilisi-Moskva arasında müəyyən müzakirələr reallaşıb - RƏY
Yusif Nəzərli
06:02 08.04.2025
Region
390
Rusiya ilə düzgün iş aparılarsa, itirilmiş torpaqların Gürcüstana qaytarılması təmin olunar
“Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır”. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Imedi” telekanalına müsahibəsində deyib. Hökumət başçısı vurğulayıb ki, əgər səbr nümayiş etdirsələr, bu səbrlə öz siyasətlərini istiqamətləndirmək üçün istifadə etsələr, Gürcüstanın ərazi bütövlüyünün bərpası reallaşar". Kobaxidzenin sözlərinə görə, bu məsələnin həlli müxtəlif amillərdən asılı olacaq: "Lakin səbr və düzgün siyasətlə hər şey mümkündür". Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Gürcüstandakı vəziyyətlə bağlı debat olacaq. Debatda AŞPA tərəfindən Gürcüstan nümayəndə heyətinin mandatının ratifikasiyasına dair qətnamə ilə bağlı gələcək tədbirlər müzakirə olunacaq. Xatırladaq ki, bu il yanvarın 29-da AŞPA Gürcüstanda yeni seçkilərin keçirilməsini tələb edən qətnamə qəbul edib. AŞPA Gürcüstan hakimiyyətini bu ötən ilin oktyabrında keçirilmiş parlament seçkiləri zamanı müşahidə olunan çatışmazlıqları və pozuntuları təcili aradan qaldırmağa, demokratik mühitdə yeni parlament seçkilərinin keçirilməsi üçün lazımi şəraiti yaratmağa çağırıb. Qətnamədən sonra Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Gürcüstanda son parlament və prezident seçkiləri dövründə gəzən şayiələr bu yöndə idi ki, Baş nazir İrakli Kobaxidze hakimiyyətinin avrointeqrasiyadan imtina etməsinin səbəbi Rusiyanın Gürcüstanın işğal edilmiş torpaqlarını qaytaracağı ehtimalları ilə əlaqəlidir. Ekspertin qənaətincə, Kobaxidzenin də verdiyi bəyanat bunun mümkünlüyünü isbat edir:

"Gürcüstan hökumətinin Azərbaycanın təcrübəsindən istifadə edərək Rusiya ilə siyasətində dəyişiklik etməsi müsbət nəticə alınması üçün ehtimalları artırır. Görünən odur ki, pərdə arxasında Tbilisi-Moskva arasında müəyyən müzakirələr olub. Rusiyanın gürcü tərəfinə hansısa şərtləri istisna deyil. Hesab edirəm ki, Rusiya ilə düzgün iş aparılarsa, itirilmiş torpaqların Gürcüstana qaytarılması təmin olunar. "Qərb" anlayışının son dövrlərdə Donald Trampın hakimiyyətə gəlməsi ilə necə dağıldığı göz önündədir. Qərbə inteqrasiya etmək fikri ciddi formada əhəmiyyətini itirməkdədir. Bu baxımdan Gürcüstan hökumətinin əvvəlcədən Qərbdən imtina etmək barədə qərarı doğru olub. Ümid edirik ki, bu qərar Rusiya ilə Gürcüstan arasında buzları əridə bilmək gücündə olacaq və Gürcüstan ərazi bütövlüyünü təmin edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm
“Naxçıvana zərbə Azərbaycan və Türkiyəyə mesajdır” - Türk analitik
14:40 05.03.2026
Gündəm
İran Naxçıvana hücumda hansı dronlardan istifadə edib? - DETALLAR
14:37 05.03.2026
Gündəm