
Azərbaycanın Türkiyə və İsrail münasibətləri üçün görə biləcəyi çox işlər var -ŞƏRH
10:18 09.04.2025
Siyasət
567
Ölkəmiz hər iki dövləti bir araya gətirib barışdırmaq potensialına malikdir
Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq.
Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib:
“Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik".
İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib:
"Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir".
Politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Azərbaycan İsrail və Türkiyə arasında münasibətlərin normallaşması üçün daha öncə də addımlar atıb:

"HƏMAS-ın İsrailə hücumundan əvvəl Türkiyə və İsrail arasında əlaqələrin normallaşması üçün addımlar atıldı. Hətta səfirliklər fəaliyyətə başladı. Həmçinin İsrail baş naziri Benyamin Netanyahu və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilməsinin şahidi olduq. Eyni zamanda İsrail Prezidenti İsaak Herzoq da Türkiyəyə səfər etmişdi. Bütün bunların arxa planında Azərbaycanın çox ciddi rolunun olduğunu deyə bilərik. Çünki rəsmi Bakı həm Türkiyə, həm də İsraillə geniş strateji müttəfiqliyə malikdir. Odur ki, hər iki dövlətlə rəsmi şəkildə, o cümlədən humanitar baxımdan çox yaxın dostluq-qardaşlıq əlaqələri mövcuddur. Ona görə də Türkiyə və İsrailə Azərbaycan qədər yaxın çox az dövlət ola bilər. Düşünürəm ki, indiyə qədər müəyyən addımlar atılsa, da hazırda dövlətlər arasında müəyyən qırılmalar var. Lakin bu, hər şeyin belə qalacağı, diploatiyanın tükənəcəyi anlamına gəlmir. Əksinə, Azərbaycanın Türkiyə və İsrail münasibətləri üçün görə biləcəyi çox işlər var. Ölkəmiz hər iki dövləti bir araya gətirib barışdırmaq potensialına malikdir".
Politoloq əlavə edib ki, tərəflər arasında gərgin münasibətlər olsa da, yaxın perspektivdə Azərbaycanın diplomatiyasının yenidən işə düşəcəyini, xüsusilə Prezident İlham Əliyevin bu məsələdə vasitəçi olacağını söyləyə bilərik:
"Hətta bütün bunlar müsbət nəticə verəcək. Çünki əvvəlki təcrübələrdə İlham Əliyevin vasitəçiliyi ümumi olaraq işin xeyrinə töhfə vermişdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə