İsrail və ABŞ Türkiyəyə əbədi düşmən yaratmaq üçün... - RƏY
Yusif Nəzərli
04:38 10.04.2025
Siyasət
514
"İran rejimi özü kürdləri türklərlə üz-üzə qoymaq üçün təxribat yaradır". Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib. Analitik bildirib ki, İranda ən böyük narazı xalq kürd və türk xalqıdır:
"Təbii ki, İrana bu yolu göstərənlər var. İki xalqın birləşərək rejimin üstünə getməsi ehtimalını minimuma endirmək üçün aralarını pozurlar. Başqa bölgə və ölkələrdən kürdləri köçürüb Azərbaycan türkləri yaşayan rayonlara yerləşdirməklə İran rejimi həm kürdlərlə türkləri üz-üzə qoyur, həm də türklərə məxsus coğrafiyada başqa xalqın nümayəndələrini yerləşdirməklə o ərazilərə şəriklər meydana gətirir. İrandakı kürdləri rejim Türkiyə və Azərbaycan əleyhinə hazırlayır hazırda. Onlara hətta terror təşkilatı belə qurmağa hazırdır. PKK ilə Türkiyə hökumətinin dialoqu İranı çox narahat edib. İran nəticədə öz qəbrini qazmış olacaq bu oyunlarla. Cənubi Azərbaycan əhalisinin əli ilə olmayacaq dəyişikliklər. Onlar yalnız Aşurada başlarına döyməyi və mitinqlərdə "Azərbaycan" deyə qışqırmağı bacarırlar illərdir. Onların bu passivliyi və mütiliyi müstəqil olmalarına problem olacaq. Qışqırmaqla müstəqil olmaq olmaz. ABŞ kimi kənar qüvvələrin müdaxiləsi də təbii ki, İranda ikinci Azərbaycan yaratmaq üçün olmayacaq".
Ekspert vurğulayıb ki, hazırda İsrail və ABŞ plan cızır ki, Türkiyəyə əbədi düşmən yaratmaq üçün İranda bir kürd dövləti qursunlar:
"PKK-dən ümidi kəsilənlər indi İrandakı kürdləri terrora qurban hazırlayırlar. İran rejimi Azərbaycan türklərinin yaşadığı bölgələri parçalamaq, onların birliyini pozmaq üzrədir. Assimilyasiya etdirmək üçün hələ oralara erməniləri də köçürməyə hazırlaşırlar. Təbrizdə erməni konsulluğunu əbəs yerə açmayıblar. İrandakı bütün erməniləri Təbriz və Urmiyaya köçürməyə hazırlaşır fars rejimi. Köçürüb aralarında münaqişə salıb sonra da bunu bəhanə edib qırmaq niyyətindədir əhalini. Çünki 1979-cu ildə İran inqilabının əsl lideri, Xomeyninin müəllimi, Təbriz əsilli Ayətullah Məhəmməd Kazım Şəriətmədarinin əlindən inqilabı alandan sonra o, Təbrizə sığınmışdı. Təbriz əhalisi də ayağa qalxıb onu müdafiə edirdi. Bu zaman Xomeyni qırıcıları qaldırıb Təbriz əhalisini qırmaq üzrəykən mərhum Şəriətmədari geri çəkilmişdi ki, farslar xalqı qırğına verməsin. İnqilabın əsl liderini Fransadan gətirilən lider ev həbsinə salaraq işgəncə altında ömrünü tamamladı. Hazırda İran rejimi var gücü ilə çalışır ki, türkləri sakitləşdirsin. Amma bacarmır, əksinə, daha da qıcıqlandırır. İrandakı ərəblər də aktivdirlər. İran rejimi xalqlar arasında sünni-şiə, nifaq, millətlər arasında ziddiyyət, düşmənçilik yaratmaqda məharətlidir. Məhz elə bu xüsusiyyətinə görə Qərb və ABŞ-ni bu rejimi ayaqda saxlayıb ki, müsəlmanlar arasında davamlı çaxnaşma və qan tökülməsini körükləsin. İndi İran rejimi kürdlər ilə türklər arasında elə bir əbədi düşmənçilik bina etmək istəyir ki, onlar heç vaxt birləşib rejimin üstünə gələ bilməsinlər. Gərək bu problemi hər iki xalq anlasın və elə fürsət yaranmışkən birləşib başlarına çarə qılsınlar. Yoxsa hər iki xalqın da axırına çıxacaq İran rejimi tədricən..".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm
ABŞ-nin İranda vuracağı hədəflər açıqlandı
17:03 19.05.2026
Gündəm