Finlandiyada bölgə və bələdiyyə seçkiləri başlayıb

Finlandiyada bölgə və bələdiyyə seçkiləri başlayıb.

APA xəbər verir ki, bu barədə ölkənin seçki mərkəzi məlumat yayıb.

Məlumata görə, Finlandiyada 13 aprel 2025-ci il tarixində bölgə və bələdiyyə seçkiləri keçirilir. Səsvermə saat 9:00-da başlayıb və 20:00-da başa çatacaq. İlkin nəticələrin gecə yarısına qədər açıqlanması gözlənilir.

Bu seçkilər iki fərqli səviyyədə keçirilir: bölgə (sosial və tibbi xidmətlərin təşkili) və bələdiyyə (infrastruktur və yerli idarəetmə məsələləri). Helsinki və Aland adalarında bölgə seçkiləri keçirilmir, çünki bu ərazilərdə müvafiq xidmətlər yerli hakimiyyət orqanları tərəfindən təmin olunur.