
Ekspert: Hava şəraiti və ya infrastruktur problemi təhsilin qarşısını alır
Yusif Nəzərli
09:50 16.04.2025
Sosial
434
Hər dəfə hava sərt keçəndə, yollar bağlananda, nəqliyyat iflic olanda eyni mənzərə təkrarlanır: məktəblər rəsmi bağlanmır, amma universitetlər, məktəblər dərs keçə bilmir, müəllim və tələbələr sinfə gedə bilmir.
Bu artıq tək-tük hal yox, sistemli problemlərin üzə çıxdığı nöqtədir. Hər yağış təhsili iflic etməməlidir. Təhsil təsadüflərə, hava şəraitinə və logistika imkanlarına tabe olmamalıdır.
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun “Sherg.az”a açıqlamasına görə, artıq dünyanın bir çox ölkəsində fövqəladə hallarda dərslərin hibrid və ya onlayn formada keçirilməsi qanunla tənzimlənir və tətbiq olunur:

“Pandemiya dövründə Azərbaycanda da bu model qısa müddətdə tətbiq olundu və müəyyən nəticələr verdi. Lakin problem ondadır ki, bu sistem bir daha strukturlaşdırılmadı, davamlı tədris modelinə çevrilmədi. Halbuki, bu gün Azərbaycanın təhsil sistemi üçün ən vacib çağırışlardan biri təhsilin fasiləsizliyini təmin edəcək çevik və rəqəmsal tədris mexanizmlərinin qurulmasıdır.
Fors-major hallarda dərslərin dayandırılması əvəzinə, onların dərhal onlayn və ya hibrid rejimə keçirilməsi üçün bütün məktəblərin və universitetlərin rəqəmsal platforması, ehtiyat dərs planları, texniki təminatı və hazırlıqlı müəllim heyəti olmalıdır. Bu, yalnız texnologiya məsələsi deyil – bu, təhsilin məzmununa, təşkili mexanizminə və hüquqi çərçivəsinə dair yenidən baxış tələb edən sistemli məsələdir.
Hazırda bir çox ali məktəblərdə bu imkanlar ya mövcud deyil, ya da simvolik səviyyədə tətbiq olunur. Ümumtəhsil məktəblərinin əksəriyyətində isə bu barədə heç düşünülmür. Nəticədə, hava şəraiti və ya infrastruktur problemi təhsilin qarşısını alır. Bu isə xüsusilə regionlarda yaşayan şagird və tələbələrin daha da geridə qalmasına səbəb olur. Təhsil sistemində onsuz da mövcud olan sosial və coğrafi fərqlər daha da dərinləşir”.
K. Əsədovun sözlərinə görə, dünyada Estoniya, Finlandiya, Sinqapur, Kanada kimi ölkələrdə artıq məktəb və universitetlər hər hansı fors-major vəziyyətdə təhsilin davamlılığını təmin etmək üçün hibrid modelə dərhal keçə bilir:
“Bu, artıq ehtimal yox, real ehtiyac kimi planlaşdırılıb və infrastruktur, hüquqi baza və pedaqoji yanaşma buna uyğunlaşdırılıb. Azərbaycanda da bu dəyişiklik baş verməlidir. Elm və Təhsil Nazirliyi, ali məktəblər və ümumtəhsil müəssisələri bu sahədə fövqəladə hallara uyğun rəqəmsal təhsil protokolu hazırlamalı, müəllim heyəti üçün mütəmadi olaraq texnologiya əsaslı tədris bacarıqları üzrə təlimlər keçməli, hər məktəb üçün “B planı” – alternativ dərs formatı hazırlanmalıdır.
Əgər bu sistem qurulmazsa, hər dəfə qış gəldikcə, qar - yağış yağdıqca minlərlə şagird və tələbə bir neçə gün yox, bəlkə də həftələrlə təhsildən geri qalacaq. Bu isə təhsilin keyfiyyətinə və bərabərliyinə ciddi zərbə vuracaq.
Təhsil hava şəraitindən asılı olmamalıdır. Təhsil sistemli, çevik və rəqəmsal olanda gələcəyi də dayanıqlı olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm