
Maraq müttıfiqliyi: Rusiya və İranın tərəfdaşlığı həm də Türkiyəyə qarşıdır
Yusif Nəzərli
13:13 16.04.2025
Region
451
Türkiyə və Azərbaycan hazırlıqlı olmalı və bu birlikdəliyi pozmağı bacarmalıdır
Rusiya Federasiya Şurası Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib.
Rusiya parlamentinin yuxarı palatasının bu gün keçirilən plenar iclasında bu ilin yanvarın 17-də imzalanmış Rusiya və İran arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanuna baxılıb.
Federasiya Şurası Dövlət Dumasının aprelin 8-də ratifikasiya etdiyi Müqaviləni təsdiqləyib.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, Rusiya və İran arasında tərəfdaşlıq danışıqları uzun müddət getsə də, nəticə gözlənilən kimi olmadı:

"Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilənin əsas məğzi odur ki, İran və ya Rusiya hər hansı dövlətlə müharibəyə girsə, qarşı tərəfə yardım etməyəcək. Onsuz da uzun müddət ki, bu iki dövlət müttəfiqdir. Məsələn, Rusiya-Ukrayna müharibəsində İran Ukraynaya dəstək vermir. Həmçinin İran ABŞ-la və ya digər dövlətlərlə münaqişə yaşayarsa, Rusiya həmin ölkəyə yardım etməyəcək. Lakin digər tərəfdən İran İsraillə problemlər yaşasa da, Rusiya bu dövlətlə münasibətləri qoruyub saxlayır. Hətta Suriyada Bəşər Əsəd dövründə İsrail və Rusiya Tehrana qarşı birgə hərəkət edirdilər ki, İranın təsiri Suriyada azalsın. Bu mənada əslində Rusiya-İran əlaqələrində də problemlər və suallar var. Ona görə də sözügedən müqaviləni güclü, o cümlədən qəti razılaşma hesab etmirəm. Moskva və Tehran tərəfdaşlıq haqqında müqavilənin guya bölgəyə sülh, əmin-amanlıq gətirəcəyini bəyan edirlər. Amma əslində bu, yalnız onların maraqlarına cavab verir".
Politoloq əlavə edib ki, Rusiya və İran özlərinin istəklərinin diqtə edildiyi yerlərdə birgə hərəkəti üstün tuturlar:
"Necə ki Suriyada, eyni zamanda Cənubi Qafqazda illərdir bunun şahidi oluruq. Lakin hazırda hər iki bölgədə Türkiyənin varlığı onlara imkan vermir. Bu mənada tarix boyu Rusiya və İranın tərəfdaşlığı həm də Türkiyəyə qarşı olub . Çünki Türkiyə bu dövlətlərin maraqlarına zərbə endirdi. Elə tərəfdaşlığın bir məqsədi də toparlanıb açıq yox, gizli şəkildə gələcəkdə rəsmi Ankaraya qarşı addımlar atmaq, adekvat cavab verməkdir. Odur ki, Türkiyə və Azərbaycan hazırlıqlı olmalı və bu birlikdəliyi pozmağı bacarmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm