“Keçmiş həyat yoldaşım mənə dəfələrlə bıçaqla vurub” - Naibə Allahverdiyeva
Yusif Nəzərli
03:50 24.05.2025
Mədəniyyət
654
“Biz altı-yeddi il bir yerdə olmuşuq. Mənə hər zaman işgəncə verib, təhdid edib. Dəfələrlə ondan qaçıb başqa yerdə yaşamışam. Amma bunu çox adama bildirməmişəm. Onun bu hərəkətlərinə görə xəstəlik tapmışam. Özünü başqalarının yanında qayğıkeş göstərib, amma gizlində başqa cür olub”.
Bunu Xalq Artisti Naibə Allahverdiyeva “Teleqraf”a keçmiş həyat yoldaşı Yusif İsmayılov haqqında danışarkən deyib.
Onun sözlərinə görə, həyat yoldaşından dəfələrlə təhdidlər eşidib:
“Deyirdi ki, sənin beynində problemlər var, məndən ayrılsan elə edəcəm ki, ürəyin evdə partlayacaq, beyninə qan sızacaq. Mən bəyəm elə sadəlövhəm ki, səni öldürüb, həbsə düşüm?.. Onsuz da sənin beynində qansızma əlamətləri var.
Mənə dəfələrlə bıçaq vurub. Həmişə gizli-gizli məni güdürdü. Bir də görürdüm, blokda ayağımdan yapışdı. Yuxarı mərtəbədə gizlənirdi. Axırda mən də bezdim. Düşündüm ki, daha cəzasını çəkməlidir. Nə qədər ondan qorxmalıyam, yalan hərəkətlərinə, saxta gözyaşlarına inanmalıyam? Bu səbəbdən ondan şikayət etdim.
Dəfələrlə polisə müraciət etmişəm. İzahatı alınıb, buraxılıb, cəzalandırılmayıb. Bu dəfə cəzasını aldı. Mən onunla heç vaxt barışmaram. Bu insandan uzaqlaşmaq istəyirəm. Bilmirəm xəstədir, nədir. Heç yerdə işləmir. İki-üç gün işləyib işdən çıxır. Mən də belə şeyi qəbul eləmirəm. Deyirdim ki, axmaq işlərlə məşğul olma. Çox şeyi danışmaq istəmirəm. Mən boşanmaq istəmirdim, fədakarlıq göstərirdim. Düşünürdüm ki, bəlkə düzələr. Dövlətimə güvənirəm. Mən bu adamdan uzaqlaşmaq istəyirəm”.
Xatırladaq ki, sənətçinin keçmiş əri Yusif İsmayılov N.Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb. O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Məhkəmənin qərarı ilə Yusif İsmayılov İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətə həbs edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət