Türkiyə kəşfiyyatının rəhbəri Rusiya-Ukrayna danışıqlarına qatılacaq

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Rusiya və Ukrayna arasında bu gün İstanbulda keçiriləcək danışıqlarda iştirak, xarici işlər naziri Hakan Fidan isə iclasa moderatorluq etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü xarici işlər naziri Hakan Fidanın moderatorluğu ilə saat 13:00-a (Bakı vaxtı ilə 14:00 – red.) planlaşdırılıb. Onun açılış nitqi canlı yayımlanacaq. Görüşdə MİT direktoru İbrahim Kalının da iştirak edəcəyi gözlənilir”, - mənbə deyib.