Sloveniya iki israilli naziri “persona non qrata” elan edib

Sloveniya ilk dəfə iki israilli nazirin Avropa İttifaqına girişini qadağan edib.

Bu barədə “Report” “The Times of Israel”ə istinadən xəbər verir.

Baş nazir Binyamin Netanyahunun əsas koalisiya tərəfdaşları olan maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben Qvir Sloveniyada “persona non qrata” elan ediləcək.

Sloveniya hakimiyyəti onları ifrat zorakılığı qızışdırmaqda və fələstinlilərin hüquqlarını ciddi şəkildə pozmaqda, habelə soyqırımı xarakterli ifadələrdən istifadə etməkdə ittiham edir.