Mutvalı Şıxlinskinin apelyasiya şikayəti təmin olunmayıb
13:20 29.09.2025
Hadisə
290
Sverdlovsk vilayət məhkəməsində Yekaterinburqdadakı Azərbaycan diasporunun sədrinin oğlu Mutvalı Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbiri hökmündən verilmiş apelyasiya şikayətinə baxılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, vilayət məhkəməsi birinci instansiya məhkəəsinin qərarını qüvvədə saxlayıb.
Yekaterinburq şəhərinin Verx-İsetski Rayon Məhkəməsinin 8 sentyabr 2025-ci il tarixli hökmü ilə Mutvalı Şahin oğlu Şıxlinskinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. İbtidai istintaq onu Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham edir.
Şıxlinskinin vəkili qərardan Sverdlovsk vilayət məhkəməsinə şikayət etsə də, nəticəsi olmayıb. Apellyasiya məhkəməsi apellyasiya şikayətini təmin etmək üçün heç bir əsas görməyib.
Qeyd edək ki, birinci instansiya məhkəməsi M.Şıxlinskinin 2025-ci il dekabrın 14-dək həbsdə qalacağı barədə qərar çıxarıb.
Xatırladaq ki, M.Şıxlinskinin həbsinə iyulun 1-də “Baku Plaza”nın yaxınlığında baş vermiş vəziyyət səbəb olub. Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçıları üzərində heç bir tanınma nişanı olmayan geyim və avtomobillərlə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə oğlunun idarə etdiyi avtomobillə hücum ediblər. Bu zaman Mütvalı Şıxlinski özünü itirərək idarə etdiyi avtomobillə FSB əməkdaşını vurub. O, özü məhkəmədə baş baş verənlərdən peşman olduğunu, hadisəni qəsdən törətmədiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm