Baş nazir MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
13:56 29.09.2025
Siyasət
377
Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib. Azərbaycanın Baş Naziri Əli Əsədov iclasda iştirak edib.
Sherg.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məhdud tərkibdə iclasda çıxış edən Baş nazir MDB çərçivəsində müxtəlif səviyyələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.
Azərbaycan hökumətinin başçısı humanitar əlaqələrin, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O əlavə edib ki, iclasda 2026-cı ildə “Sağlamlığın qorunması İli”nə hazırlıq və onun keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, bu kontekstdə tibb işçilərinin ixtisasının artırılması və səhiyyə sisteminə innovativ texnologiyaların tətbiqi prioritet məsələlərdəndir.
Ə.Əsədov sağlam və dayanıqlı cəmiyyətin yaradılmasında idmanın rolunu xüsusi vurğulayıb. O əlavə edib: “Təsadüfi deyil ki, MDB çərçivəsində müxtəlif idman tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır, əməkdaşlığın mühüm sahəsi kimi çıxış edir”.
Baş nazir bununla bağlı sentyabrın 28-də Azərbaycanın Gəncə şəhərində III MDB Oyunlarının açılmasını diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib. Ümumilikdə 23 idman növü üzrə 1600-dən çox idmançının mübarizə aparacağı belə böyük idman tədbirinin ilk dəfə olaraq ölkənin regionlarında (7 şəhərdə - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Yevlaxda) keçirildiyini vurğulayan Ə.Əsədov III MDB Oyunlarının dostluğu, idman ruhunu gücləndirəcəyinə, həmçinin idman sənayesini və mədəniyyətini inkişaf etdirəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi-ticari əlaqələrinin inkişafına toxunan Ə.Əsədov cari ilin 8 ayında qarşılıqlı ticarət həcminin 21 faizdən çox artdığını bildirib.
Baş nazir beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsində müasir nəqliyyat və logistika infrastrukturunun əsas rolunu qeyd edib.
“Azərbaycan Avrasiyanın aparıcı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və hazırda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində sistemli iş aparılır”, -deyə o vurğulayıb.
Ə.Əsədov onu da əlavə edib ki, regionda yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni Zəngəzur dəhlizi üzərində aktiv işlərə başlanılır.
Yaşıl gündəliyə toxunan hökumət başçısı bildirib ki, iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlar fonunda Azərbaycan yaşıl enerji texnologiyalarına, o cümlədən külək və hidroenergetika sahələrinə fəal sərmayələr yatırır.
Baş nazir bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdiyini, xüsusilə Mərkəzi Asiya dövlətləri ilə bərpaolunan enerji mənbələri layihələrinin həyata keçirilməsi üzrə sazişlərin imzalandığı vurğulayıb.
Çıxışının sonunda Baş nazir MDB-nin bütün üzv dövlətləri ilə konstruktiv və qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsinin vacibliyinə diqqət çəkib.
Daha sonra hökumət başçıları geniş tərkibdə görüşü davam etdirib, onun yekunlarına dair bir sıra sənədlər imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm