Niderland rəsmisi: Ermənistan-Azərbaycan sülh razılaşması sabitliyə töhfə verib
17:25 30.09.2025
Siyasət
329
Biz bölgədəki son hadisələrdən, əlbəttə ki, Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmadan çox məmnunuq.
Bunu "Report"un ABŞ bürosuna Niderland Krallığının xarici işlər naziri David van Vil deyib.
Nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşması regionda sabitliyə töhfə verib:
"Ermənistana və Azərbaycana NATO tərəfdaşları kimi hörmətlə yanaşırıq. Hər iki ölkənin barış yolu ilə əldə etdiyi uğur artıq göz önündədir. Mən hətta bir neçə gün öncə ABŞ Dövlət katibinin ev sahibliyi etdiyi bir naharda iştirak etdim, orada hər iki ölkə NATO və Avropa İttifaqı ölkələrinin nümayəndələri ilə birgə zalda idi. Hesab edirəm ki, bu, ikitərəfli münasibətlərimizin inkişafının göstəricisidir və bu istiqamətdə davam etməliyik".
XİN rəsmisi əlavə edib ki, əldə olunmuş razılaşma əsasında fəaliyyət davam etdirilməlidir: "İki ölkə arasında əldə olunan razılaşma sülhə xidmət edir və çox yaxşı oldu. İndi isə bütün əldə olunmuş razılaşmaların icrasını davam etdirməyin vaxtıdır. Bu, dəhlizlər vasitəsilə gediş-gəlişin təmin olunması, Türkiyə ilə sərhədin açılması deməkdir. Bunların hamısı mərhələli şəkildə baş verməlidir və bu halda region hamı üçün daha firavan olacaq. Azərbaycan bu istiqamətdə addımlamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət