Baş katib: "TDT-də Azərbaycanın sədrliyi altında əməkdaşlığın güclənəcəyinə əminik"
13:33 03.10.2025
Siyasət
306
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanın sədrliyinin iştirakçı ölkələr arasında əməkdaşlığı gücləndirəcəyinə əminliyini ifadə edib.
Sherg.az "Report"a istinadən xəbər verir ki, bu barədə baş katibin Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü və təşkilatın əsasını qoyan Naxçıvan Sazişinin imzalanmasının 16-cı ildönümü münasibətilə müraciətində bildirilib.
K.Ömüralıyev vurğulayıb ki, ötən 16 il ərzində TDT əməkdaşlıq üçün kompleks platformaya çevrilib:
"Biz əminik ki, Azərbaycan bu işi davam etdirəcək və qarşıdakı dövrdə əməkdaşlığımızı daha da gücləndirəcək".
O qeyd edib ki, TDT böyük yol qət etməklə yanaşı, iştirakçı ölkələrin əməkdaşlıq sahələrini genişləndirib:
"Bir neçə prioritet istiqamətlə başlayan əməkdaşlıq tədricən genişlənib və indi, təxminən, 40 müxtəlif qarşılıqlı əlaqə sahəsini əhatə edir. Hər il əməkdaşlıq sahəmiz daha geniş və dərin olur".
Baş katib, həmçinin təşkilatın yaranması tarixi münasibətilə TDT-nin xalqlarını və hökumətlərini, eləcə də müşahidəçi dövlətləri təbrik edib.
O bildirib ki, əməkdaşlıq və birliyin güclənəcəyinə ümidvardır:
"Bu xüsusi günü qeyd edərkən biz gələcəyə inamla baxırıq. Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada siyasi dialoqu möhkəmləndirməyə, iqtisadi əlaqələri dərinləşdirməyə və mədəni mübadilələri inkişaf etdirməyə davam edir".
Qeyd edək ki, TDT-nin növbəti sammiti oktyabrın 7-də Qəbələdə keçiriləcək və sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət