
Analitik: Orta Dəhliz digər iki marşrutdan əhəmiyyətli dərəcədə fərqlənir
12:26 07.10.2025
Aktual
626
"Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi potensialımızı da gücləndirməli, təşkilatımızın üzvləri arasında qarşılıqlı investisiyaları və ticarəti inkişaf etdirməliyik".
Bu fikirləri Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.
Nazir bildirib ki, TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xəttlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır:
“Təşkilat bu istiqamət üzrə nəhəng imkanlara malikdir. Bu xətt, eyni zamanda, Orta Dəhlizin ayrılmaz parçasıdır. Vaşinqton Zirvə Görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında manaəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır”.
Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a bildirib ki, bu gün dünyada üç əsas nəqliyyat marşrutu mövcuddur — Şimal Dəhlizi, Cənub Dəhlizi və Orta Dəhliz:

"Cənub Dəhlizi isə Yaxın Şərqdə baş verən proseslər səbəbindən artıq etibarlılığını qismən itirmiş bir marşruta çevrilib. Qırmızı dənizdə, Yəməndə baş verən silahlı toqquşmalar, Süveyş kanalına yaxın ərazilərdə Həmas və İsrail arasında davam edən gərginlik, eləcə də Hind okeanında müəyyən silahlı qrupların fəallaşması bu dəhlizin üzərinə kölgə salır. Eyni zamanda, Şimal Dəhlizi də bu gün demək olar ki, effektivliyini itirib. Belarusiyanın tam şəkildə Avropa İttifaqının sanksiyalarına məruz qalması, Rusiya-Ukrayna müharibəsinin min kilometrlik cəbhə xətti boyunca davam etməsi, eləcə də Rusiyanın özünün ciddi sanksiyalar altında olması Şimal marşrutunu qeyri-effektiv hala gətirib. Lakin Orta Dəhliz bu iki marşrutdan əhəmiyyətli dərəcədə fərqlənir. Birincisi, Orta Dəhlizdən keçən ölkələr arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. Bu dəhlizin iştirakçı dövlətlərinin əksəriyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrdir.
Digər tərəfdən, Türkiyənin bir neçə ay əvvəl PKK terror təşkilatına qarşı həyata keçirdiyi uğurlu əməliyyatlar, Azərbaycanın Qarabağı işğaldan azad etməsi və gələcəkdə təməlləri qoyulan Zəngəzur Dəhlizinin reallaşması Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. Heç də təsadüfi deyil ki, bu gün bütün dünyanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına marağı sürətlə güclənir".
Analitik vurğulayıb ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun çağırışı dövrün reallıqları ilə səsləşir:
"Bu gün həm Cənubi Qafqaz, həm də Orta Asiya ölkələri, ümumilikdə TDT-yə üzv dövlətlər iqtisadi və ticarət əlaqələrini daha da genişləndirməli, investisiya layihələrinin sayını artırmalıdırlar ki, Orta Dəhlizdən bütün tərəflərin maksimum fayda əldə etmə imkanı yüksəlsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya