ABŞ-İran gərginliyi müharibə fazasına keçə bilərmi ? – TƏHLİL
Fidan Həmişəyeva
13:45 17.09.2019
Dünya
698
Artıq uzun müddətdir, ABŞ-la İran arasındakı gərginlik bitmək bilmir. Bu ölkələr arasındakı münasibətlər getdikcə pisləşir. Qarşılıqlı ittihamların səsləndirilməsi isə bu prosesi daha da sürətləndirir.
Nəzərər alsaq ki, ABŞ-ın İrana qarşı qoyduğu sanksiyalar gərginliyin davamlı xarakter alması üçün əsas səbəbdir. İran isə sanksiyalar aradan qalxmayana qədər heç bir danışıqlarda iştirak etməyəcəyini bildirib.
Maraqlıdır, iki ölkə arasındakı bu gərginlik müharibə fazasına qədəm qoya bilərmi?
Sualımızı cavablandıran politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirdi ki, indiki şəraitdə ABŞ-la İran arasında müharibənin baş verməsi ehtimalı çox azdır.
Onun sözlərinə görə, sadəcə olaraq münasibətlər gərginləşməyə doğru gedir:
“Məsələn, neft tankerlərinin tutulub-buraxılması və neft tankerlərinin yandırılması kimi hadisələr vəziyyəti çətinləşdirir. ABŞ-ın ən yaxın mütəffiqlərindən biri olan Səudiyyə Ərəbistanında neft kəməri xəttinin partladılması İranın vəziyyətini ağırlaşdıra bilər. Düzdür, İran tərəfi Səudiyyə Ərəbistanında neft kəmərinin partladılması ilə bağlı irəli sürülən bütün iddiaları rədd edir.
Amma Səudiyyə Ərəbistanı bəyan edir ki, partladıcı bombalar və raketlər İrana məxsusdur. Bu partlayışı isə Yəməndəki husilər törədib. Nəzərə alsaq ki, husilər İranın dəstəklədiyi hərbi birləşmələrdir. Perspektivdə belə hadisələrin güclənəcəyi ehtimal olunur. Çünki İrana qarşı təzyiqlər artacaq. Belə görünür ki, baş verən hadisələr fonunda İrana qarşı yeni sanksiyalar tətbiq olunmalıdır”.
Politoloq vurğulayıb ki, İran əvvəllər də beynəlxalq terrorçuluğu dəstəkləməkdə, müxtəlif terror hadisələrini törətməkdə ittiham olunurdu:
“ABŞ İran üçün başqa bir ssenarinin başlanğıcını qoyub. İranın terrorçu təşkilat elan edilməsi gələcəkdə İrana qarşı hər hansı hərbi əməliyyatların başlanması üçün səbəb ola bilər. Yəni, ABŞ elan edə bilər ki, İranda terroçulara qarşı mübarizə aparır. Amma hazırda belə bir əməliyyatların başlaması ehtimalı çox azdır.
ABŞ iranla danışıqlar aparmaq istədiyini də irəli sürür. İran tərəfi isə birmənalı şəkildə bəyan edib ki, sanksiyalar götürülməyənə qədər ABŞ-la heç bir danışıqlar olmayacaq. Deməli, danışıqlar ikinci plana keçib.
Ortada qalan isə ABŞ-ın İrana qarşı siyasi, iqtisadi, sosial istiqamətlərdən təzyiqləri artırmasıdır. Ehtimal etmək olar ki, təzyiqlər davam edəcək, lakin bu, hələ ki, müharibənin başlaması üçün zəmin vermir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa və NATO ölkələrinin İrana müdaxiləsi gözlənilmir -TƏHLİL
19:44 23.03.2026
Dünya
İran İsrailin Tel Nof hava bazasına zərbə endirib
19:30 23.03.2026
Dünya
Avropa buna görə ABŞ-ı dəstəkləməlidir - Bolton
19:21 23.03.2026
Dünya
Moskvaya uçan Paşinyanın təyyarəsini PUA ilə vurmağa çağırdılar
19:12 23.03.2026
Dünya
ABŞ ilə İranın hazırda münaqişəni başa çatdırmaq imkanı var -Tramp
19:03 23.03.2026
Dünya
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya