Bir - birindən xəbərsiz olan 7 qadınla evləndi
10:55 12.11.2019
Dünya
637
İstanbulda qeyri-adi bir hadisə yaşanıb. 41 yaşlı Ömər S., imam nikahı ilə 7 qadınla evlənib. 7 arvaddan cəmi 5 uşağı olan gənc adam, illərlə bir-birlərindən xəbərləri olmayan həyat yoldaşları ilə yaşadı.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, bir qayınana Öməri axtardığı zaman telefonu digər qadının götürməsi ilə hər şey ortaya çıxır. Dedektif kimi ərinin bütün əlaqələrini araşdıran dördüncü zirək arvad, Ömərin bütün oyunlarını pozur. Sevgi Demir (31), yalanlarla keçən illərini belə nəql edir:
"6 ay arxamca qaçdı"
Ömərlə rəfiqələrimlə getdiyim bir məkanda tanış oldum. 2012-ci il idi. Məndən əl çəkmədi. 6 ay arxamca qaçdı. Üç dəfə evləndiyini, boşanma mərhələsində olduğunu, artıq möhkəm bir ailə qurmaq istədiyini söylədi. Aylar keçirdi. Bu səbəblə imam nikahı bağlanmasını qəbul etdim. Hamilə qaldım. Ferma saxladığını, işi gərəyi heyvan almaq üçün şəhərdən kənara getdiyini söyləyərək, həftənin 6 günü evə gəlmirdi. Sonra bir neçə yerdə başqa qadınla yaşadığı ortaya çıxdı. Təbii, bunları öyrənə qədər illərim getdi.
"Ömər məni və uşağımı inkar etdi"
Uşağımı doğdum. Başıma talehsiz bir hadisə gəldiyi üçün balamdan uzun müddət ayrı qaldım. Bu müddət uşağıma anam baxdı. Ömər, anamdan xeyli miqdarda borc pul alıb. Bir gün anam pulu istəmək üçün Öməri axtaranda telefonu Selin E. adlı bir qadın açıb. Ömərin arvadı olduğunu və bir qızı olduğunu söyləyib. Ömər bu yaşananlar zamanı məni və uşağımı inkar etdi. Mən də məhkəməyə müraciət edərək oğulumun Ömərin oğulu olduğunu isbat etdim. Məhkəmə qərarından sonra Selin E. ilə əl-ələ verib yaşadıqlarımızı paylaşdıqca digər aldanmış qadınlara da ulaşdıq . Düşünün, əriniz evinə çörək gətirmək üçün çalışdığını zənn edirsən, amma o başqa qadınlarla yatır.
Siz də susmayın!
Oğulumun belə bir atası olduğu üçün çox kədərlənirəm. Mənim kimi bu adam tərəfindən, hətta mənimlə eyni vəziyyətdə başqa yerlərdə başqa adamlarla yaşayan qadınlara da buradan səslənirəm. Mən qorxmadım, susmadım. Siz də susmayın !
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət