Ceff Bezos iqlim dəyişikləri ilə mübarizəyə 10 milyard dollar ayıracağına söz verib
14:20 18.02.2020
Dünya
443
“Amazon” şirkətinin yaradıcısı, milyarder Ceff Bezos iqlim dəyişikləri ilə mübarizəyə 10 milyard dollar ayıracağına söz verib.
AZƏRTAC xəbər verir ki, planetin ən zəngin adamı bu vəsaitin alimlərin apardıqları tədqiqatların, qlobal istiləşməyə qarşı mübarizə ilə məşğul olan ekologiya fəallarının və digər təşkilatların işinin maliyyələşməsinə sərf olunacağını bildirib.
“Mən iqlim dəyişmələrinin dağıdıcı təsirinə qarşı məlum metodları gücləndirmək və yeni üsulları öyrənmək məqsədilə hamı ilə birgə işləmək istərdim”, - deyə Bezos “Instagram”da dərc etdiyi məlumatda bildirir. Bezos bəyan edib ki, fond pulların bölüşdürülməsinə artıq bu yay başlayacaq.
Ceff Bezosun xalis kapitalı 130 milyard dollardan yuxarı dəyərləndirilir. Milyarderin ianəsi varidatının təqribən 8 faizini təşkil edəcək.
Bezos, həmçinin “Blue Origin” kosmik proqramını da maliyyələşdirir.
Bəzi multimilyarderlərlə müqayisədə Bezos məhdud çərçivədə xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Onun bundan əvvəlki ən böyük ianəsi 2018-ci ilin sentyabrında olub. 2 milyard dollar vəsait evsiz ailələrə yardıma və bəzi məktəblərin maliyyələşdirilməsinə sərf edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm