Çində epidemiyanın pik həddi fevral ayının sonuna düşəcək, apreldə vəziyyət sabitləşəcək - YENİLƏNİB
09:08 18.02.2020
Dünya
399
Çində yeni növ koronavirusun yaratdığı epidemiyanın pik həddi fevralın sonuna düşəcək, aprel ayında ölkədə epidemioloji vəziyyət sabitləşəcək.
TASS informasiya agentliyi xəbər verir ki, bunu Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin pnevmoniyanın yayılmasına qarşı mübarizə komissiyasının rəhbəri Çjun Nanşan söyləyib. Çin Mərkəzi Televiziyası onun “Riyazi modelə və hökumətin təsirli tədbirlərinə əsasən, pik hədd fevralın ikinci və ya üçüncü dekadasında ola bilər” fikrini sitat gətirib. Çjun Nanşan Uxanda (Xubey əyalətinin inzibati mərkəzi, epidemiyanın başladığı şəhər) işləyən həkimlərlə telekörpü zamanı “Haradasa apreldə ölkədə epidemioloji vəziyyət sabitləşəcək”, - deyə bildirib.
Xatırladaq ki, koronavirusun yeni növü 2019-cu ilin dekabrında Mərkəzi Çinin əhali (12 milyon) sıxlığı ən çox olan Uxan şəhərində qeydə alınıb. Çindən başqa 25 ölkədə həmin xəstəlik aşkar edilib. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocağı olan epidemiya kimi səciyyələndirərək beynəlxalq miqyaslı fövqəladə vəziyyət kimi tanıyıb. Son məlumata görə, virus qurbanlarının sayı təxminən 1,9 minə çatıb. Xəstəlikdən 12,5 min adam sağalıb. Epidemiyaya 72,4 min insan yoluxub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm