Donald Trampın Türkiyə açıqlaması təlaş yaratdı
09:47 13.05.2025
Dünya
310
ABŞ Prezidenti Donald Trampın mayın 15-də İstanbulda ukraynalı və rusiyalı həmkarı Volodimir Zelenski və Vladimir Putin arasında mümkün görüşə qoşulmaqla bağlı açıqlaması Avropadan tutmuş Yaxın Şərqə qədər müxtəlif ölkələr arasında diplomatik təlaşa səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, Amerika liderinin açıqlamasından sonra ölkələr arasında diplomatik təmaslar sıxlaşıb.
Nəşr xatırladır ki, Vladimir Putin mayın 11-də İstanbulda (Türkiyə) Ukrayna ilə birbaşa danışıqlar təklif edib. Volodimir Zelenski ona cavabında bildirib ki, ayın 15-də İstanbulda Putini şəxsən gözləyəcək. Ardınca hazırda Səudiyyə Ərəbistanında səfərdə olan Donald Tramp onlara qoşulmağı təklif edib.
ABŞ Prezidenti sıx qrafikinin olmasına baxmayaraq, Rusiya və Ukrayna liderlərinin görüşünə qatılmaq üçün vaxt ayıra biləcəyini bəyan edib.
Donald Trampın təklifindən sonra ABŞ dövlət katibi Marko Rubio , Ukrayna, Böyük Britaniya və Fransa xarici işlər nazirləri, həmçinin Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri də daxil olmaqla, avropalı həmkarları ilə Ukraynada “atəşkəsə aparan yol”u müzakirə edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov da türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya