Ekspert: Binaların kanalizasiya sistemi koronavirusun yayılmasına şərait yarada bilər
06:25 19.02.2020
Dünya
442
Çində yeni tip koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və qabaqlayıcı tədbirlər üzrə yaradılmış ekspertlər qrupunun rəhbəri, respirator xəstəliklər üzrə tanınmış mütəxəssis Con Nanşan COVID-19-un kanalizasiya sistemi vasitəsilə də yayılmasının mümkün olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, Çin Mühəndislik Akademiyasının akademiki Con Nanşan bu səbəbdən ictimaiyyəti ev və iş yerlərində, ictimai binalarda, xüsusən xəstəxanalardakı kanalizasiya borularının normal işlədiklərini yoxlamağı tövsiyə edib. O, kanalizasiya borularındakı tıxacların tullantı sularında ehtimal olunan virusun havaya buxarlanmasına və beləliklə insanlara yoluxmasına imkan yarada biləcəyini deyib.
Akademikin rəhbərlik etdiyi qrup koronavirusa yoluxmuş bir neçə xəstənin nəcis nümunələrində COVID-19 ştammını aşkar ediblər. Bu, koronavirusun həzm orqanları və nəcisdə yaşamağa davam etdiyini, bu yolla yayılma şübhəsini ortaya çıxarıb.
Con Nanşan 2003-cü ildə Şiddətli Kəskin Respirator Sindromu (SARS) epidemiyası zamanı kanalizasiya sisteminin qüsurlu konstruksiyası səbəbindən Honkonqda 300-dən çox adamın xəstəliyə yoluxduğunu xatırladıb.
Fevralın əvvəlində isə yenə Honkonqda çoxmərtəbəli binanın müxtəlif mərtəbələrində yaşayan iki nəfərin virusa yoluxması aşkar edildikdən sonra binadakı bütün sakinlər təxliyə edilib. Hazırda səlahiyyətli qurumlar yaxın təmasda olmamış həmin iki nəfərin necə virusa yoluxduğunu araşdırırlar. Bu məsələdə ekspertlərin kanalizasiya borularının virusu yaymasının mümkünlüyü barədə şübhəsi də nəzərdə saxlanılır.
Qeyd edək ki, Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindəki dəniz məhsulları və vəhşi heyvan əti satılan bazardan yayıldığı güman olunan koronavirusun yeni ölümcül növünə (COVID-19) yoluxanların sayı Çin və digər 25 ölkədə ümumilikdə 75 mini ötüb. İndiyədək 2007 nəfər Çində, o cümlədən 2 nəfər Honkonq xüsusi inzibati bölgəsində və bir nəfər Tayvan adasında), 3 nəfər isə xaricdə (Filippin, Yaponiya və Fransa) bu virusdan ölüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm