Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi
20:37 21.02.2020
Dünya
390
Meksikanın ən qüdrətli narkokartellərinin birinin başçısının oğlu Birləşmiş Ştatlara verilib.
Modern.az xəbər verir ki, “El Mençito” ləqəbli Ruben Osegera Qonsalez “narkotiklərin qaçaqmalçılığı və ABŞ-a ötürülməsi ilə bağlı qəsd” cinayəti ilə suçlanaraq hüquq-mühafizə orqanları tərəfindən meksikalı həmkarlarından təhvil alınıb.
Amerika Birləşmiş Ştatlarında anadan olan Osegera Qonsalez “Xalisko” narkokartelinin rəhbəri sayılan Nemesio Osegera Ramosun oğludur.
Məhkəmə müdafiə tərəfinin ABŞ-a köçürülmənin qeyri-qanuni olduğu ilə bağlı vəsatətini rədd edib. İndi Osegera Vaşinqton federal məhkəməsində hakim və prokurorların suallarına cavab verməli olacaq.
Narkobaronun oğlu 2014-cü ilin yanvarından 2015-ci ilə qədər 4 dəfə həbs olunub. Onun karteldə atasından sonra 2-ci şəxs olduğu bildirilir.
ABŞ Ədliyyə Nazirliyi “Yeni nəsil Xalisko” kartelini ən təhlükəli mütəşəkkil cinayətkar qruplardan biri hesab edir.
Kartel 2010-cu ilin iyul ayında yaradılıb. Onun təsisçiləri Nemesio Osegera Ramos, Erik Valensiya və Martin Arsola Orteqa hesab olunur.
Qrup Meksikanın Qvadalaxara, Xalisko və Verakruz şəhərlərində nəzarəti əldə saxlayır. Burada onların ən böyük rəqibi Meksika ordusunun keçmiş elit əsgərlərindən ibarət “Los Zetas” kriminal təşkilatı sayılır.
İki kartel arasında gedən mücadilədə yüzlərlə insan qətlə yetirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm