Kral Salman oğlunu nazir təyin etdi


Səudiyyə Ərəbistanında yeni energetika naziri təyin edilib.

Qaynarinfo.az xəbər verir ki, Kral Salman bin Əbdüləziz əs-Səud oğlu şahzadə Əbdüləziz bin Salmanı bu posta gətirib. Yeni nazir ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ögey qardaşıdır.

Əbdüləziz bin Salman Səudiyyədə energetika naziri təyin edilən ilk kral ailəsi üzvüdür.

Qeyd edək ki, sabiq energetika naziri Xalid əl-Falih bir neçə gün öncə vəzifəsindən azad edilmişdi.